
Nazirlər Kabinetinin 1 iyul 2015-ci il tarixdə “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”na etdiyi dəyişikliyə əsasən dini təyinatlı vasitələr üçün nəzarət markaları artıq Müəllif Hüquqları Agentliyindən yox, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən alınacaq.
Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına əsasən Nazirlər Kabineti “Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
Bildirilir ki,indiyə qədər qüvvədə olan “Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə” qərara əsasən nəzarət markası verilən nüsxələrin növləri kimi audiovizual, fonoqram, kompüter proqramı, məlumat toplusu və kitab nüsxələri müəyyən edilib və 1 yul 2014-cü ildən 1 nəzarət nəzarət markasının alınmasına görə vahid qiymət, yəni 15 qəpik ödənilib.
Dəyişikliyə əsasən nəzarət markası verilən nüsxələrin növləri sırasına ayrıca dini təyinatlı nüsxələr əlavə edilib. Dini təyinatlı vasitələrin (kağız və elektron daşıyıcılarda dini ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları) bir nüsxəsi üçün veriləcək nəzarət markalarının 1 ədədinin qiyməti 2 qəpik müəyyən edilib.
Xatırladaq ki, Nazirlər Kabinetinin 1 iyul 2015-ci il tarixdə “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”na etdiyi dəyişikliyə əsasən dini təyinatlı vasitələr üçün nəzarət markaları artıq Müəllif Hüquqları Agentliyindən yox, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən alınacaq.