|
Bu ayda "Quran"oxumaq Həzrət Məhəmmədə(s) salavat çevirməyin xüsusi fəzilətləri “Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56).
Mübarək Ramazan ayı çox bərəkətli, fəzilətli bir aydır. O, ibadət edərək, ruhu saflaşdırmaq, dua etmək, gecələr oyaq qalmaq, nəfsi təkmilləşdirmək ayıdır. Bu ayda edilən ibadət sair aylardakı ibadətlərdən bir neçə qat artıq savaba malikdir. Hətta mö’minin yuxusu və nəfəs çəkməyi belə, ibadət savabına malikdir. Bu ayda behişt qapıları mö’minlərin üzünə açılır, cəhənnəm qapıları isə bağlanır. Allahın mələkləri camaatı daim Allaha ibadətə çağırır. Xüsusilə, səhər çağları və “Qədr” gecələri. Belə ki, o gecəni oyaq qalıb ibadət etmək min aylıq ibadətdən fəzilətlidir.
Hər kəs bu ayda mənə çoxlu salavat göndərsə , Allah əməl tərəzilərinin yüngül olduğu bir gündə onun əməl tərəzisini ağırlaşdırar. Hər kəs bu ayda bir ayə Qur ’ an oxusa,sair aylarda bütöv bir Qur ’ an oxuyanın savabını qazanar .
İmam Rızadan (ə) belə nəql edilir: “Hər kim günahlarının kəffarə və əvəzini ödəməyə gücü çatmırsa, gərək Məhəmməd və Ali - Məhəmmədə çox salavat göndərsin. Həqiqətən, salavat günahları, sözün əls mənasında, bütünlüklə aradan aparır”.
Həzrət Peyğəmbərə (s) salavat göndərməyin onu göndərən üçün mənəvi fəzilətləri vardır, o cümlədən:
- Duanın qəbul olması üçün zəminə hazırlayar.
- Günahların bağışlanması üçün zəminə hazırlayar.
Bizim göndərdiyimiz salamlar, bizim yaradılışımızın paklığına, canımızın pakizə olmasına, bizim mənəvi inkişaf etməyimizə və günahlarımızın kəffarəsinə səbəb olar.
Həqiqətdə Peyğəmbərə (s) göndərdiyimiz salavat özümüzə qayıdar, mənəvi ruhumuzun ucalmasına və bizim İlahi Övliyalarla daha çox rabitəmizə səbəb olar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 İyun, 2015 21:12 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Fitrə zəkatı nə qədər çıxarılmalıdır9 Aprel, 2024 Mübarək Ramazan ayının son gecəsinin əməlləri30 Mart, 2024 “Qədr Gecəsi” oxunmasına cənnət vəd olunan iki surə |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |