إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Müəyyən xəstəlikdən əziyyət çəkən insanlara oruc tutmaq nə dərəcədə vacibdir?...

“Həkimlərin oruc tutmağı ziyanlı hesab etdikləri xəstələr oruc tutmamalıdırlar. Əgər oruc tutmaq bir insanın səhhətinə, sağlamlıq durumuna ciddi ziyan vurursa, həmin insanların oruc tutmasına icazə verilmir. Bu şəxslər oruc tutmadıqları hər günün əvəzində isə ehtiyacı olan insana şəriətimizdə müəyyən olunan məbləği ödəyə bilərlər”.

Ahlibeyt.az-ın məlumatına görə,bunu tanınmış ilahiiyatçı Hacı Şahin Həsənli Publika.az-ın müəyyən xəstəliklərdən əziyyət çəkən insanların orucunun nə qədər düzgün olması ilə bağlı sualları cavablandırarkən bildirib.

Oruc tuta bilməyən insanın edə biləcəyi savablara gəlincə, ilahiyyatçı qeyd edib ki, üzrlü səbəbdən oruc tuta bilməyən insan oruc tutmağı niyyət edirsə, orucluğun savabına çatmış olur:

“Üzrlü səbəbdən oruc tuta bilməyən insan elə oruc tutmaq niyyətindədirsə, deyirsə ki, sağlam olsam oruc tutaram, sırf bu niyyətinə görə orucluğun savabına çata bilər. Bundan başqa, oruc tutmayan insan orucluqla bağlı Ramazan ayının digər dualarını oxuya bilər. Ramazan ayında başqa insanlara yardım göstərmək, əl tutmaq, kömək etmək bəyənilən əməllər hesab olunur. Yəni həmin şəxs orucdan başqa Ramazan ayının istənilən bəyənilən əməlini edə bilər”.

İlahiyyatçı qeyd edib ki,üzrlü səbəbdən oruc tuta bilməyən şəxs, əgər gücü çatırsa və imkanı varsa, oruc tutanlara iftar təşkil edə bilər. Əgər gücü çatmırsa, Ramazan ayının gündəlik əməllərindən hər hansı birini yerinə yetirə bilər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyun, 2015  11:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!