إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Həzrəti Məhəmməd(s) - Hәr kәs bu ayda bir möminә iftar verərsә...

İslam Peyğəmbəri Həzrəti Məhəmməd (səllallahu əleyhi və alihi və səlləm)buyurur: «Ramazan ayında bәdbәxt o adamdır ki, bu әzәmәtli ayda bağışlanmaqdan məhrum olsun. Siz bu ayın acılığı vә susuzluğu ilə Qiyamәti yada salan, fәqirlərə sədəqə verib, qocalara təzim, uşaqlara mərhəmət, yetimlərә nәvaziş edib dillәrinizi demәmәli olduğunuz şeylәrdәn,  gözlərinizi  baxmamalı olduğunuzlardan, qulaqlarınızı eşitmәmәli olduğunuz sözlәrdәn saxlayın,  günahlarınızdan tövbә  edib  Allaha tərəf qayıdın. Namaz vaxtlarında əllərinizi dua üçün göyә qaldırın, çünki, bu vaxt  (duaların qәbul olunması üçün) әn yaxşı vaxtdır.»

Şeyx Səduq İmam Riza (əleyhissalam)-dan rəvayət edir ki, Həzrәti Rəsuli Әkrәm (s) bir xütbәdə buyurmuşdur: “Ey camaat! həqiqәtәn bәrәkәtli,  rəhmәt  dolu bağışlanmaq ayı sizin qarşınızdadır. Bu ay Allah yanında әn  yaxşı  aydır. Allah-Taala bu ayda sizi ziyafәtә dәvәt etmişdir. Belә isә, Öz Allahınızdan istәyin ki, o bu ayda sizi oruc tutmağa, Quran tilavәt etmәyә müvәffәq etsin. Bu ayda Hәqq Taala Öz bәndәlәrinә rәhmәt nәzәri ilә baxır, nә vaxt Onu çağırsalar. Cavab verir. Hәr kәs bu ayda bir möminә iftar verərsә, sanki bir qul azad etmişdir.”

Hər gün mübarək Ramazan ayı iftar duasında deyirik -“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl-məğfirəti iğfirli.- ”İlahi, Sənə xatir oruc tuturam, Sənin verdiyin ruzi ilə iftar edirəm və Sənə təvəkkül edirəm. Ey mərhəməti çox olan Allah, məni bağışla.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyun, 2015  03:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!