إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünya müsəlmanları mübarək Ramazan ayının gəlişinə hazlrlaşır

Bu il  Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən Azərbaycanda Mübarək Ramazan ayının iyunun 18-də başlamasına dair fətvasi yayımlanmış və QMİ sədri Allahşükür Paşazadə qeyd etmişdir ki,ayın hilalının görünməsi ilə bağlı əlavə məlumat veriləcəkdir.Bəs dünyada məsələyə dair vəziyyət necədir?

Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi məlumata görə,Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Fələstin, Misir, Ərəb Əmirlikləri, Küveyt, Yəmən kimi dövlətlər də iyunun 18-ni Ramazan ayının 1-i elan ediblər.

İranın bu axşam Ay çıxacağı təqdirdə xəbər veriləcəyi bildirilsə də,İranın Ali dini lideri Ayətullah Seyyid Əli Xameneyinin ofisindən xəbər verilmişdir ki, böyük ehtimalla sabah artıq Ramazan ayı başlayacaq. Ayətullah Sistaninin ofisindən isə yeni Ay görünməyənə qədər heç bir məlumatın verilməyəcəyi bildirilib.

Hindistanda məsələ ilə bağlı hələ ki, xəbər əldə edilməyib. Amerika və Avropanın müsəlman icmalarının böyük əksəriyyəti də artıq Ramazan ayının iyunun 18-də başlayacağını bəyan ediblər.

Pakistada ölkənin Meteoroloji Departamentindən bildiriblər ki, böyük ehtimalla Ramazan ayı iyunun 18-də başlayacaq.Lakin Ayı Müşahidə Komitəsi bu gün müfti Munib ər-Rəhmanın başçılığı ilə bir araya gəlməli və Ramzanın nə vaxt başlanmasına dair qərar çıxarmalıdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyun, 2015  14:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!