|
Möhsin Qiraəti - hər bir elmi sahə üçün ayrı- ayrılıqda təfsir yazılmalıdır"Bizim 130 növ Quran təfsirinə ehtiacımız var. Hal- hazırda onlardan məhrumuq. Məhkmə sistemi, polis, tibb, şagirdlər, pedaqogika və digər sahələrin hər biri üçün ayrı- ayrılıqda təfsir yazılmalıdır. Quran təfsiri və izahları hər təbəqənin öz səviyyəsində olmalıdır. ahlibeyt.az-ın Shabesta-a istinadən verdiyi xəbərə görə,bunu tanınmış islamşünas alim Möhsin Qiraəti “Quran və Ruhaniyyət” seminarında çıxış edərək bildirib. Çıxış zamanı O qeyd edib ki; "Mən Ali Dini Rəhbərlə görüşümdə cəmiyyətdə unudulmuş 22 vacib əməlin siyahisinin ona təqdim etdim." "Namaz, o cümldən camaat namazı, zəkat və Quranın onlardan olduğunu qeyd edən alim, namazı cəmiyyətdə rəhbərə bənzədərək qeyd edib ki;"Namazın ağırlığı və yeri cəmiyyətdə rəhbərin çəkisi kimiddir." Möhsin Qiraəti bildirib ki,Ramazan ayının əzəməti oruca görə deyil, Qurana görədir və cəmiyyətdə Qurana verilən yerin qənaətbəxş olmadığını qeyd edib. "Bizim 130 növ Quran təfsirinə ehtiacımız var. Hal- hazırda onlardan məhrumuq. Məhkmə sistemi, polis, tibb, şagirdlər, pedaqogika və digər sahələrin hər biri üçün ayrı- ayrılıqda təfsir yazılmalıdır. Quran təfsiri və izahları hər təbəqənin öz səviyyəsində olmalıdır. Quranın qapalı saxlanılması Əhli- Beytin (ə) məzlum saxlanılmsaından daha artıqdır. Bu qapalılıq bizi yandırır." O dinin təbliğində şəsxi üsulların, təkbətək, üzbəüz təbliğ metodlarından istifadə etməyin daha da səmərəli olmasını qeyd edib: "Ruhanilər öz qohum- əqrabaları ilə sıx münasibətdə olmalıdırlar. Ruhanilik idarə işinə çevrilib. Ruhani mehriban münasibət qurmağı bacarmalıdır. Minbərdə deyilənlər xalqın ehtiyacları və tələbatına cavab verməlidir. Az, müxtəsər və faydalı danışılsın. Başqa bir tərəfdən də, əməli və praktiki olsun ki, insanların vaxtı tələf olmasın." Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyun, 2015 16:05 ⁄ Çap
Bu bölmədə25 Fevral, 2024 Bu gün İmam Zamanın (ə.f) mübarək mövlud günüdür8 Mart, 2023 İmamın intizarının dəyəri haqqında24 Aprel, 2019 Zühurun intizarında olan şəxsin məqamı6 Mart, 2019 İmam Zamanın (ə) zühurunu Allahdan diləyin... |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |