|
Bu gecə mübarək Məbəs gecəsi daxil olurBu gecə Besət (Məbəs) gecəsi daxil olur
Bu gecə Rəcəb ayının 26-dan 27-ə keçən gecədir. Bu gecəyə Besət (Məbəs)gecəsi deyilir. Peyğəmbərin (s) Besəti, yəni onun Allah tərəfindən risalət məqamına ucaldılması İslam tarixinin ən mühüm hadisələrindən biridir. Qurani-Kərimin nazil olması da məhz bu zamandan, Peyğəmbərin besətindən, ona ilk vəhyin nazil olmasından sonra başlayır. "Besət" sözü lüğəvi baxımdan ərəb dilindən ana dilimizə tərcümədə "ucaltmaq", "qaldırmaq" mənasına gəlir. Termin olaraq isə besət, "Allah tərəfindən bir insanın digər insanların hidayəti üçün göndərilməsi"nə deyilir. Peyğəmbərin (s) məbus olmasından əvvəl onun gələcəyini səmavi din ardıcılları bəzi xüsusiyyət və nişanələrlə bilirdilər. Hətta müşrik ərəblər də bundan xəbərdar idilər. Qurandan əvvəlki səmavi kitablar olan Tövrat və İncil Muhəmməd peyğəmbərin (s.a.a.) məbəsindən müjdələr vermişdi. Həzrət İsa (ə) Musaya (ə) nazil olan Tövratın təsdiqi kimi, Peyğəmbərin (s) göndərilməsi barəsində müjdə vermişdi. Məbəs bayramı ən böyük bayramlardan biridir. Həzrət Muhəmmədin (s) peyğəmbərliyə yetişdiyi gündür. Bu günün bir neçə tövsiyə olunmuş əməlləri var. Və onları siz dəyərli oxucuların diqqətinə çatdırırıq: 1. Bu günün həm gecə həm gündüzünün Qüslü tövsiyyə olunub. 2. Oruc tutmaq. Bu günün orucu ildə ən savablı dörd gündən biridir. Qəza orucu olanlar “qəza”, qəzası olmayanlar “Məbəs gününün” orucu niyyəti ilə oruc tutur. İmam Sadiqdən (ə) nəql olunur ki, kim Rəcəb ayının 27-ci günü oruc tutsa, Allah onun üçün 70 ilin orucunu yazar. 3. Çoxlu salavat göndərmək. İmam Sadiq (ə) bu günü oruc tutmaq və Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) çoxlu salavat göndərməyi tövsiyə edib. 4. Rəsulullahı (s.a.a.) və Hz. Əli (ə) ziyarət etmək.Uzaqdan da ziyarətnamələri oxumaq olar. Peyğəmbərdən(s) nəql olunur ki,bu gü gecə yarıdan sonra on iki rükət (hər iki rəkətdən bir salamları vermək lazımdır) namaz qılınır. Hər rükətdə "Həmd"dən sonra Muhəmməd surəsindən sonra gələn istənilən kiçik surələrdən birini oxunulur. Təşəhhüdlə salamları hər iki rükətdən bir verdikdən sonra "Həmd", "İxlas", "Fələq", "Nas", "Kafirun", "Qədr", "Ayətəl-kürsi"ni yeddi dəfə, oxuduqdan sonra
Əlhəmdulilləhiləzi ləm yəttəxiz vələda, vələm yəkunləhu şərikun fil mulki, bələm yəkunləhu vəliyyun minəzzulli və kəbbirhu təkbira. Allahummə inni əsəlukə biməaqidi izzi kəəla ərkəni ərşikə və muntəhər rəhməti min kitabikə və bismikəl əəzəmil əzəm, əl əzəm vəzikrikəl əələl əələl əəla və bikəlimətikət təmməti, tusəlliyə əla Muhəmmədin və alihi və ən təfəla bi ma əntə əhluh. Bu günün əməllərindən Qüsl almaq Oruc Tutmaq Peyğəmbər və Həzrət Əli(ə)ni ziyarət etmək 6. Şeyx Tusi Hüseyn bin Ruhdan nəql edir ki, bu gündə on iki rükət (hər iki rəkətdən bir salamları vermək lazımdır) namaz qılırsan. Hər rükətdə "Həmd"lə asan olan surələrdən birini oxunulur. Təşəhhüdlə salamları hər iki rükətdən sonra bu duanı oxunulur: Əlhəmdu lillahilləzi ləm yəttəxiz vələddən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm Hər iki rikətin sonunda salamlardan sonra qeyd olunan dua oxunaraq Həmd", "İxlas", "Fələq", "Nas", "Kafirun", "Qədr", "Ayətəl-kürsi"ni yeddi dəfə, "La ilahə illəllahu vəllahu əkbəru və subhanəllahi və la həvlə və la quvvətə illa billah" zikrini yeddi dəfə, "Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a" zikrini yeddi dəfə oxuduqdan sonra istədiyin hacəti diləyirsən.
Bu günün xüsusi əməlləri üşün Məfatehul Cinan kitabına müraciət edə bilərsiniz. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 May, 2015 10:11 ⁄ Çap
Bu bölmədə23 Sentyabr, 2023 İnsan özünü necə tanıya bilər?..21 Sentyabr, 2022 Sədəqə Allahın qəzəbini yatırar22 Avqust, 2018 Qurban bayramı - Tohidin qələbəsi |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |