إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İlahiyyatçılardan "adam əti yeməyə fətva" verən müftiyə cavab

Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Əbdüləziz ibn Abdullah əş-Şeyxin yeni fətva verməsi barədə ərəbdilli KİV-də məlumat yayılıb. Belə ki, “alimin” rəyinə əsasən, kişi acından ölmək həddinə çatarsa həyat yoldaşının bədəinin bir hissəsini və ya onu bütövlüklə yeyə bilər. Şeyx bu mövqeyini belə əsaslandırıb: ailədə qadın kişiyə tabe olmalıdır, deməli kişi də ölümdən qurtulmaq üçün onu yemək hüququna malikdir.

Ahlibeyt.az-ın verdiyi məlumata görə,İslam.az məsələyə aydınlıq gətirmək üçün ilahiyyatçı – Hacı Mirhəmid Məmmədov və Hacı Şahin Həsənliyə müraciət edib:

Mirhəmid Məmmədov:

- Səudiyyədən gələn belə gülünc fətvalara artıq adət etmişik. Nəinki dinə, hətta insanlığa uyğun olmayan fətvalar verirlir. Bu məsələdə iki məqamı qeyd etməliyik. Birincisi, insan acından ölmək təhlükəsi ilə üzləşdikdə nə edə bilər? Zərurət halında haramdan istifadəyə icazə verilir. Məsələn, donuz və ya it ətindən müəyyən həddə, yəni acından ölməmək üçün yemək olar. İkinci məqam isə ondan ibarətdir ki, dində qadınla kişi arasında fərq qoyulmur. Hər ikisi insandır, hər ikisinin də yaşamaq hüququ var, Qiyamət günü də hər ikisi eyni məsuliyyət daşıyacaq. Həmçinin insanın insan əti yeməsi də yolverilməzdir. Ümumiyyətlə məsələyə, qadın və kişi hüquqlarına yanaşma prinsipi də həm dinə, həm də əqlə ziddir, batildir.

Şahin Həsənli:

- Çox gülünc, eyni zamanda acınacaqlı mövqedir. Dini nöqteyi nəzərdən insanın insanı yeməsi yolverilməzdir. Bu cür fətvalar sağlam məntiqə və ağıla ziddir, heç bir dini mənbəyə əsalanmır. Kişinin də qadın üzərində tam hakim olmaq hüququ yoxdur. Düzdür, ailədə onlar fərqli səlahiyyətlərə malik olan iki fərddilər. Lakin qadının öz hüquqları, kişinin isə öz hüquqları var. Qadın heç də kişinin mülkiyyəti hesab olunmur. Bu fətva artıq müəyyən dairələrin sağlam məntiq və düşüncədən uzaqlaşmasını bir daha sübut edir, müəyyən cərəyanların iç və batil üzünü ortaya qoyur. Qadın və kişi hər ikisi şəxsiyyətdirlər və Allah qatında eyni dəyərə malikdirlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Aprel, 2015  17:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!