إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hətta günahkarlar belə ümidvar olmaq və məyusluqdan uzaq durmalıdır

Dini inanc və təlimlərə əsasən Uca Yaradan hətta günahkarları belə ümidvar olmaq və məyusluqdan uzaq  durmağa dəvət edir. Bu məsələni kiçik saymaq olmaz-Məhəmmədrza Yusifi

Ahlibeyt.az-ın məlumatına görə,Quran və idarəçilik sahəsində elmi–dini araşdırmalar aparmış və bir sıra əsərlərin müəllifi Məhəmmədrza Yusifi Shabestan agentliyinin “Cavanlarda gələcəyə necə ümüd yaratmaq olar?” sualının cavabında bildirib - Bu məsələnin müxtəlif şaxə və cəhətləri vardır ki,buna müxtəlif prizmalardan  yanaşmaq lazımdır.

Əfsuslar olsun ki,bir çox hallarda cavanlar keçmişdə təcrübə etdikləri uğursuzluq,problemlə və ya üzləşəcəkləri gələcək çətinlikərdən qorxaraq, seçdikləri yola qədəm qoymaqdan çəkinir və hərəkətlərini saxlayırlar.Şübhəsiz ki,bütün bunlar şeytanın məkr və hiyləsi nəticəsində meydana gəlir. İstər insanın çatmaq istədiyi yol və hədəflər maddi olsun, istərsə də yol və hədəflər mənəvi olsun.

Məhəmmədrza Yusifi bildirib ki, belə bir şərait qarşıya çıxdıqda gənclərə düzgün nümunələr və yetərli ülgülər vermək lazımdır ki, onlar çətinliklərə sinə gərə bilsinlər. O, bunun daha geniş ictimai müstəvidə həll edilə biləcəyi üçün medianın dəstəyinə ehtiyac duyulduğunu vurğulayıb.

Araşdırmaçı, Allaha, axirətə inam və  dini etiqadların da bu sahədə təsirli rolunu qeyd edir : "Dini inanc və təlimlərə əsasən Uca Yaradan hətta günahkarları da belə ümüdvar olmaq və məyusluqdan uzaq  durmağa dəvət edir. Bu məsələni kiçik saymaq olmaz."

"Biz cavanlar arasında ümüd toxumun səpmək və onu becərməklə bağlı metod və yollar axtarışında onların problem və əngəllərə baxışını da düzəltməli və onu dəyişməliyik. Bəzi insanlar problemlər körpüsünün üzərindən adlayaraq qələbəyə çatırlar. Bəziləri isə problem və çətinlikləri müvəffəqiyyətin uca qüllələrinə çatmaq, uğurlar qazanmağın manesi və qalın divarları hesab edirlər. Yaddan çıxarmaq lazım deyildir ki, nailiyyətlər, üfüqləri fəth etmək bəzi qurbanlar tələb edir, qarantlar ödənilməsini istəyir ki, onları qəbul etmək lazımdır.

Müsahib "uğurlar əldə etmk üçün məğlubiyyətlər və çətinlikləri qəbul etmək və onlara hazır olmaq üçün nə etmək lazmdır?” – sualının cavabında : İlk növbətə ümüdsizliyin bizə yol tapması və təsir yollarının qarşısını almalıyıq.  Sonrakı pillədə bunu bilməliyik ki, hədəfə çatmağın, uğurlar əldə etməyin özünün enişli - yoxuşlu, hamarlı - əngəlli yol və keçidləri vardır. Onlardan keçməli, problemləri adlamalıyıq. Onlar bizdən asılı olan və olmayan səbələrdən doğur, arzularımız və istəklərimizin zirvəsinə gedən yolun üstündə dururlar. Onları olduğundan daha artıq zehnimizdə böyütməyək və bununla da çətinliklərimizi daha da çətinləşdirməyək və kələfi daha da düyünə salmamalıyıq.

Məhəmmədrza Yusifi daha sonra - Həyata keçə bilən arzular, real istəklər də bizim təklif etdiyimiz metodla keçərlidir, mümkün olmayan işlər, real görünməyən, bəzən əlçatmaz, fantastik dərəcəyə gəlib çatan arzular (Marsda yaşamaq istəyi kimi arzular) üçün bihudə səy və təlaşlar etməyə dəyməz. Həmişə istedadlar və daxili imkanları nəzərə alaraq, real və mümkün olacaq hədəflərin ardıyca düşmək lazımdır.

O,"Bu istiqamətdə, sabiq düşüncə tərzimizi, köhnə fikirlərimizi, yalnış yanaşma və acı təcrübələrdən doğan zehniyyətimizi dəyişməli, problemlərə başqa bir gözlə baxmalıyıq, beynimizi bu yanlışlıqlardan yumalı, müvəffəqiyyətlər əldə edən, çətinliklərə sinə gələrək qələbə qazanan insanlara baxmalıyıq. Belə insanları özümüzə nümunə seçməliyik. Həqiqətdə özümüz problem və çətinliklərin üzərinə  yeriyib onları həll etməliyik. Belə edəriksə daha aram və xatircəmliklə hədəflərimizə yaxınlaşmış oluruq."

"Sonrakı mərhələlərdə praktiki olaraq meydana daxil olmalıyıq. Tənbəllik, süstlük, zəiflik, nizma-intizamsızlı qapısını üzümüzə bağlamalıyıq."

Bu mərhələdə müdrik və təcrübəli insanlarla məsləhət və məşvərətlər etməli, Allaha təvəkkül etməklə ondan kömək istəməli, ilahi yardımlar, yaradan tərəfindən gələ biləcək mərhəmətlərə inanmalıyıq. Bu deyilənlər həm maddi istəklər və həm də mənəvi hədəflərə aiddir."

Dini sahədə yüksək ixtisasa malk mütəxəssis sonda bildirdib - Nikbin və optimist insanlar məsələnin bütün detallarını və tərəflərini nəzərdən qaçırmadıqlarına və onları diqqətlə düşündüyünə görə daha tez müvəffəqiyyətlər əldə edirlər. Bədbin və pessimist insanlar isə özlərini çox məsələləri görməməzliyə vurduqlarından onların ruhiyyəsi daralır, düşkünləşir, naümidliyə və sonda da məğlubiyyətə uğrayırlar.

Ahlibeyt.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Mart, 2015  12:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!