إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Sileyi-rəhim" yalnız qohumların evinə getməkdən ibarət deyildir

Sileyi-rəhim (quhumlarla əlaqə) yalnız qohumların evinə  getməkdən ibarət deyildir. Yaxınlarla əlaqənin əməli nümunələri sırasında qeyd edilir ki, başqalarından daha çox onları sevindirə biləsən, problemlərini həllində yardımçı olasan, ehtiyaclarını təmin edəsən.

 

Qohumlarla əlaqəni kəsmək bir növ Allahla bağladığın əhd-peymanı pozmaq sayılır. Bu iş  o qədər Allahın nəzərində pisdir ki, əlaqəni kəsən insanla münasibət qurmaq, otur-dur etmək yasaqlanmışdır. Allah belə adama Quranda üç yerdə lənət və nifrin etmişdir. Fiqhdə də qohumlarla əlaqəni kəsmək böyük günahlardan hesab edilir, bu günah insanın məhv və çətinliklərə düçar olmasının sürətli amillərindən sayılır.

 

Hədislərdə qeyd edilir ki, Qohumlarla əlaqəni kəsən şəxs qiyamət günü 1000 illik məsafədən duyulan behişt ətrindən məhrum olacaq.

 

"Sileyi-rəhmin" (qohumçuluğu saxlamaq) faydaları

 

Sileyi–rəhmin (qohumlarla daimi münasibətdə olmaq) dünya və axirət üçün çox mühüm faydaları vardır. Onların bəzilərini sadalayırıq:

 

- Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim əcəlinin təxirə düşməsini və ruzisinin artmasını istəyirsə, Allahdan çəkinsin və sileyi-rəhm etsin”.

Peyğəmbər həmçinin buyurur: “O kəsin ki, ömrünə üç il qalar, sileyi-rəhm ilə Allah ömrünü 33 il uzadar”.

 

Başqa hədisdə oxuyuruq: “Hər kim mənim üçün bir əməli zəmanət qoyarsa, mən onun üçün dörd şeyi zəmanət qoyaram. Hər kim sileyi-rəhm edər, Allah onu sevər. Ruzisini artırar, ömrünü uzadar və onu vəd etdiyi behiştinə daxil edər”.

 

-İmam Baqir (ə) buyurur: “Sileyi-rəhm əməlin paklaşmasına, mal-dövlətinin artmasına, bəlaların dəf olmasına, hesabın asanlaşmasına və əcəlin təxirə düşməsinə səbəb olar”.

 

-Həzrət Musa (ə) Allahdan soruşur: “Sileyi-rəhm edən insanın mükafatı nədir?” Buyurur: “Əcəlini təxirə salaram, can verməyini asanlaşdıraram, behiştin mələkləri ona nida edərlər: “Bizə tərəf gəl və hansı qapıdan istəyirsənsə daxil ol””.

 

-İmam Sadiq (ə) buyurur: “Sileyi-rəhm şəhərləri abad və ömürləri uzun edər”.

Qəti – rəhimin (Qohumlarla əlaqəni kəsmək) fəsadları

 

-İmam Rza (ə) buyurur: “Allah Təala İlahi təqvanı sileyi-rəhmlə bir yerdə qərar vermişdir. Hər kim sileyi-rəhm etməzsə, İlahi təqvası yoxdur. Nəticədə başqa yaxşı əməlləri qəbul olmaz. İşləri dünya və axirətdə çətin nəticələrə gətirib çıxarar”.

 

- Həzrət Peyğəmbər (s) buyurur: “Qohumlarla əlaqəni kəsmək duaya mane olar və qarşısında hicab olar”. İmam Sadiq (ə) buyurur: “Günahı tez bir zamanda məhv edən şey - sileyi-rəhmdir”

 

-İmam Sadiq (ə) buyurur: “Mən ömrü uzatmağa görə sileyi-rəhmdən qeyrisini tanımıram. O yerə qədər ki, bir insanın ölümünə üç il qalıbdırsa, ancaq o, sileyir-rəhm edir və Allah ömrünü 30 il uzadır. 33 il yaşayır. Bəzən də bir insanın əcəli 33 ildir, ancaq qohumluq əlaqəsini kəsdiyi üçün ömrü azalar və əcəli üç ilə çatar”

 

- Həzrət Peyğəmbər (s) buyurur: “Cəbrayil (ə) mənə xəbər verdi ki, behiştin iyi min il yoldan sonra hiss edilər. Ancaq üç qrup onu hiss etməz: o kəs ki, ağ (valideyn) olar, o kəs ki, qohumları ilə əlaqəsini kəsər, zina edən qoca kişi”

 

Sileyi – rəhmin pridment və metodları

Sileyi –rəhim təkcə qohumların evinə  getməkdən ibarət deyildir, onun çoxlu xarici

daşıyıçıları və pridmentləri vardır. Ən bariz nümunə və pridmenti budur ki, başqalarından daha çox onları sevndirə, problemlərin həll, ehtiyaclarını təmin edəsən.

 

Din rəhbərlərini kəlamlarında qohumlarla səmimi əlaqə saxlamağın nümunə və metodları qeyd edilmişdir. Onların bəzilərini sadalayırıq:

 

Həzrət Peyğəmbər (s) buyurur: “Ey qohum sahibləri! Bir-birinizlə görüşün, ancaq qonşu olmayın. Bir-birinizə hədiyyə verin, çünki ziyarət və görüşmək dostluğu möhkəm edər. Qonluşuq, bağların qırılmasına səbəb olar. Hədiyyə insanın xasiyyətini mülayimləşdirər”.

 

İmam Sadiq (ə) buyurur: “Sileyi-rəhm edin, hətta əgər salam verməklə olsa belə. Qohumlarla əlaqə bərqərar edin, hətta əgər bir qurtum su ilə olsa belə. Qohumlarınızla sileyi-rəhm edin və cənazə mərasimlərində hazır olun. Xəstələrini ziyarət edin və onların haqqına riayət edin. Ən üstün qohumluq əlaqəsi odur ki, onlara əziyyət verməkdən çəkinilsin”.

 

İmam Əli (ə) buyurur: “Sileyi-rəhmi bir salamla da olsa belə yerinə yetirin".

 

Ayətullah Cavadi Amulinin: “Məfatihul- həyat” kitabından.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Mart, 2015  12:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!