|
“Novruz milli və dini kimliyimizin bir parçasıdır“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Tariximizdə Novruz bayramının rolu” adlı tədbir keçirilib. Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə,tədbirdə Azərbaycan Respublikasının dövlət himni oxunduqdan sonra Qazi Qarabağ azanı səsləndirilib. Birliyin sədri Sevinc Əzimbəyli tədbir iştirakçılarına tarixdə novruzun xalqımızın həyatında oynadığı roldan geniş söz açıb: “Novruz bayramı milli bayram olaraq, milli və dini kimliyimizin də bir parçasıdır. Əsrlərdir ki, xalqımız yeni günün gəlişi olan novruz bayramını dinimizin prinsipləri ilə üst-üstə düşən ənənələri həyata keçirməklə birlik və bərabərliyimizin qorunmasına xidmət göstərə biliblər. Digər tərəfdən novruz bayramı milli adət-ənənələrimizdən biridir ki, qohumlara baş çəkmək, təmizlik və paklıq, bayramlaşma, yardımlaşma ənənələrini günümüzə qədər qoruyaraq tarixi keçmişimizə də sahib ola bilmişik.”-deyə tədbir iştirakçılarının nəzərinə çatdırıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2015 16:05 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |