
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Tariximizdə Novruz bayramının rolu” adlı tədbir keçirilib.
Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə,tədbirdə Azərbaycan Respublikasının dövlət himni oxunduqdan sonra Qazi Qarabağ azanı səsləndirilib.
Birliyin sədri Sevinc Əzimbəyli tədbir iştirakçılarına tarixdə novruzun xalqımızın həyatında oynadığı roldan geniş söz açıb: “Novruz bayramı milli bayram olaraq, milli və dini kimliyimizin də bir parçasıdır. Əsrlərdir ki, xalqımız yeni günün gəlişi olan novruz bayramını dinimizin prinsipləri ilə üst-üstə düşən ənənələri həyata keçirməklə birlik və bərabərliyimizin qorunmasına xidmət göstərə biliblər. Digər tərəfdən novruz bayramı milli adət-ənənələrimizdən biridir ki, qohumlara baş çəkmək, təmizlik və paklıq, bayramlaşma, yardımlaşma ənənələrini günümüzə qədər qoruyaraq tarixi keçmişimizə də sahib ola bilmişik.”-deyə tədbir iştirakçılarının nəzərinə çatdırıb.