إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Həzrəti Mehdi(ə.f) dövründə insanlar bir-birinə qarşı sevgi və mərhəmətlə davranacaq

İmam Cəfər Sadiq (ə) İslam Peyğəmbərindən nəql edir: “Bizim Allah istədiyi bir zamanda qurulacaq dövlətimiz var. Qaimimizin (qiyam edən) dost və əshabından olmaq istəyən kəs qurtuluşu gözləməlidir. Təqva (günahdan pəhriz) sahibi olmalı, gözəl əxlaqa yiyələnməli və Qaimimizin zühurunu gözləməlidir. Əgər bu hal üzrə ölərsə, Mehdiyə qovuşan kimsələrin savabına nail olar. Ey müsəlmanlar! Ciddi bir şəkildə çalışın və Mehdinin zühurunu gözləyin! Ey Allahın rəhmətinə nail olanlar, zəfəriniz mübarək olsun! (Qeybəti-Nömani, səh.106)”.

Mehdi inancı müsəlmanların ilahi kitabı olan Qurani-Kərimdə də əks olunub: “And olsun ki, biz Zikrdən (Tövratdan) sonra Zəburda (Həzrət Davuda nazil olan kitab) da: “Heç şübhəsiz, yer üzünə saleh qullarım varis olacaq"-deyə yazdıq" (Ənbiya surəsi, 15-ci ayə). Saf surəsi, 9-cu ayədə isə belə buyurulur: “Peyğəmbərlərini hidayət və haqq dinlə göndərən Odur. Belə ki, onu (haqq dini olan İslamı) bütün dinlərə üstün qılacaq, müşriklərin xoşuna gəlməsə belə”.

Quran məntiqinə əsasən, bəşərin islahı və ilahi qanunların tam icrası bütün peyğəmbərlərin yeganə hədəfi olub. Bu ilahi elçilərdən hər biri öz zamanındakı insanların fitri qabiliyyəti ölçüsündə bu uca hədəfə çatmaq üçün çalışıb insanları bu uca hədəfə dəvət etdilər. Onların fədakarlıqları olmasaydı, tövhid hökumətinin qurulması mümkün olmazdı.Həzrəti Mehdinin zəfəri bütün peyğəmbərlərin zəfəridir.

Ayə və hədislərə əsasən  bir gün yer üzünün hakimiyyəti möminlərin və saleh insanların əlinə keçəcək.Onlar bəşər mədəniyyətinin öncülləri olacaq, İslam dini dünyaya yayılacaq, şirkin yerini tövhid tutacaq. O gün bəşəriyyətin xilaskarı, vəd edilmiş Mehdinin zühur edəcəyi gündür.Cəhalət və nadanlıq zülmətində boğulan dünya onun zamanında elm və ağıl nuruna qərq olacaq.Həzrəti Mehdi dövründə insanlar bir-birinə qarşı sevgi və mərhəmətlə davranacaq, hər yerdə əmin-amanlıq hökm sürəcək, insanların iqtisadi durumu düzələcək, belə ki, sədəqə veriləcək bir şəxs belə tapılmayacaq.

Quran təliminə əsasən, bütün bunlar  tarixi prosesin məntiqi sonluğudur və bəşəriyyət addım-addım bu məntiqi sonluğa yaxınlaşmaqdadır.

Allahın Peyğəmbəri (s):«Ümmətimin sonuncusunun içində Mehdi qiyam edəcək. Allah ona yağış əta edəcək, yer otunu bitirəcək, malı tam və kamil şəkildə verəcək, heyvan və dördayaqlılar artacaq və ümmət başıuca və əzəmətli olacaq.» (Kənzul-Ummal, hədis 38700)

İmam Sadiq (ə):«Qaim (ə) qiyam edəndə o Həzrətin nəslindən olması güman edilənlər onun dəstəsindən çıxacaqlar, aya və günəşə pərəstiş edənə oxşayanlar isə onun dəstəsinə qoşulacaqlar.» (əl-Ğeybə, Nömani, səh.317, hədis 1)

İmam Sadiq (ə):«Bizim Qaimimiz qiyam edəndə Allah şiələrimizin qulaq və gözlərini elə iti edəcək ki, onlarla Qaim arasında qasid olmayacaq. Durduğu yerdən şiələrlə danışacaq və onlar onun sözlərini eşidəcək, onu görəcəklər.» (əl-Kafi, c.8, səh.241, hədis 329)

İmam Sadiq (ə):«Ərəblərin az bir hissəsi Qaim (ə) ilə birlikdə qiyam edəcəklər.» Dedilər:«Ərəblərin çoxu özünü o Həzrətin yardımçısı hesab edir?» Buyrdu:«İnsanlar gərək saflaşsınlar, yaxşısı ilə pisi bir-birindən ayrılsın, xəlbirlənsinlər. Onların çoxu xəlbirdən töküləcək.» (əl-Ğeybə, Nömani, səh.204, hədis 6)

Cəfər Sadiq əleyhissəlam belə buyurur: Məhazir (sürətli atlar) həlak olarlar. Ərz etdim ki: Məhazir nədir? Buyurdu ki: Tələsənlərdir (yəni tələsib zühurun uzandığına görə ümidsiz hala düşərək başqa batil dəstələrə qoşulanlar). Və zühur yaxındır deyənlər xilas olacaqlar (yəni səbr edib, zühurun intizarında olanlar və ümiddən düşməyənlər). Qalanın hasarları eyniylə mismar kimi yerinə oturmuşdur. Əgər biri sizə ziyan vermək istəsə Allah onu mütləq başqa bir şeylə məşgul edər (yəni başını qatar, hədəfindən yayındırar). Yalnız sizin onlara hücum etməməniz şərtiylə.” (Ğeybəti Numani, bab 11, hədis 5);

Əli ibni Əsbədin bəzi ricaldan nəql etdiyinə görə İmam Hüseyn(ə)belə buyurur: “Dilinizə sahib çıxın və evlərinizdə oturun. Beləcə bəlalar sizə yetişməz və xalqa çatar. Zeydilər bəlaların qarşısında sizə sipər olacaqlar(Ğeybəti Numani, bab 11, hədis 7)

Ahlibeyt.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Mart, 2015  11:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!