إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Cəfər Sübhani - 100 il bundan əvvəlki metod və üslublar bu gün populyarlıq və dəyərlərini itirirlər

Ayətullah Cəfər Sübhani - İslam gəlib məzmundan başqa forma və metodları saxlamağa çalışsaydı və bu sahədə mühafizəkarlığa yol versəydi aydındır ki, sonuncu və əbədi din ola bilməzdi.

Ayətullah Cəfər Sübhani İslam və zaman məsələsinə toxunaraq  buyurub -Zaman dəyişkəndir, zaman dəyişdikcə insanlar da dəyişir. 100  il bundan əvvəlki metod və üslublar bu gün populyarlıq və dəyərlərini itirirlər. Bu niyə belədir? Ona görə ki, insanlar fikir baxımından dəyişirlər, mədəniyyət və sivilizasiya dəyişir. Biz məğz, əsl qayə, məzmun və mənanı saxlamalı, forma və metodları isə dəyişməliyik.

İslam sonuncu dindir. Sonuncu və əbədi olmağının əlaməti budur ki, əsas prinsiplər və məzmunu olduğu kimi saxlayır, amma alət və metodları saxlamağa çalışmır.

Quran buyurur: Cavanlara elm və bilik öyrədin - öyrətmək əvvələr daş üzərində idi, sonralar yazı taxtası üzərin də tabaşirlə oldu, sonra qələmlə, indi də daha inkişaf etmiş üsullarla.

Ayətullah Sübhani qeyd edib ki, İslamın metodlarla işi yoxdur, deyilənlərlə işi var. Metodları mütəxəssilərə tapşırıb, onlar zamanın tələblərini nəzərə almalıdırlar, yeni metodlar tapmalıdırlar. İslam gəlib məzmundan başqa forma və metodları da saxlamağa çalışsaydı və bu sahədə mühafizəkarlığa yol versəydi, aydındır ki, sonuncu və əbədi din ola bilməzdi.

Əbədi qalmağın yolu budur ki, əsas prinsipləri, ana xətti və dəyişilməz qanunları deyəsən, forma, zahir və qabığı insanların ixtiyarına buraxasan.

Mənbə : Shabestan

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Mart, 2015  13:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!