|
|
Bakının "Məşədi Dadaş" məscidində qanvermə aksiyasına çox sayda inanclı qoşuldu(foto)Bu gün "Məşədi Dadaş" məscidində Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin müraciətinə müsbət cavab olaraq Cümə namazından sonra talassemiya (qan azlığı) xəstəliyindən əziyyət çəkənlər üçün qanvermə aksiyası keçirilib. Qeyd edək ki, İlahiyyatçı alim,"Məşədi Dadaş"məscidinin imam cüməsi Hacı Şahin Həsənli ötən həftə cümə xütbəsinin sonunda aksiya barədə məlumat verərək məscid icmasını və inanclıları bu müqəddəs aksiyaya qoşulmağa səsləmişdir. Məlumata görə,aksiyanın ilk saatlarında 40-dan artıq inanclının qan verdiyi bildirilir və ümumilikdə 100-dən çox inanclının aksiyaya qoşulmaq üçün növbə gözlədiyi bildirilir. Qeyd edək ki,sözügedən ibadət ocağında bir bundan əvvəl də bir neçə dəfə qanvermə aksiyası keçirilərək məscid icması və bu ibadət ocağına gələn inanclılar tərəfindən qana ehtiyacı olanlara yardım etmişlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Fevral, 2015 16:35 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |