13 Fevral, 2015
Bakının "Məşədi Dadaş" məscidində qanvermə aksiyasına çox sayda inanclı qoşuldu(foto)

Bu gün "Məşədi Dadaş" məscidində Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin  müraciətinə müsbət cavab olaraq Cümə namazından sonra talassemiya (qan azlığı) xəstəliyindən əziyyət çəkənlər üçün qanvermə aksiyası keçirilib.

Qeyd edək kiİlahiyyatçı alim,"Məşədi Dadaş"məscidinin imam cüməsi Hacı Şahin Həsənli ötən həftə cümə xütbəsinin sonunda aksiya barədə məlumat verərək məscid icmasını və inanclıları bu müqəddəs aksiyaya qoşulmağa səsləmişdir.

Məlumata görə,aksiyanın ilk saatlarında 40-dan artıq inanclının qan verdiyi bildirilir və ümumilikdə 100-dən çox inanclının aksiyaya qoşulmaq üçün növbə gözlədiyi bildirilir.

Qeyd edək ki,sözügedən ibadət ocağında bir bundan əvvəl də bir neçə dəfə qanvermə aksiyası keçirilərək məscid icması və bu ibadət ocağına gələn inanclılar tərəfindən qana ehtiyacı olanlara yardım etmişlər.

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2808.html