|
|
Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başlayır Azərbaycanda bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu və siyahıya alınmanın vaxtı açıqlanıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Qafqaz MÜsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumatda sənəd qəbuluna fevralın 20-dən start veriləcəyi qeyd olunur.
Məlumatda bildirilir ki, sənəd qəbulu may ayının sonlarına kimi davam edəcək.
Zəvvarlardan sənəd qəbulu üçün passport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə foto və sağlamlıq haqqında arayış tələb olunur.
Həcc ziyarətinin proqramı və qiymətlərin müəyyən edilməsi üçün QMİ-nin əməkdaşları hazırda Səudiyyə Ərəbistanındadır.
Ziyarətlə bağlı Azərbaycan üçün kvota da müəyyənləşəcək. Bildirilib ki, builki qiymətlərin əvvəlki illərə nisbətən baha olacağı gözlənilir.
Bu il də zəvvarlar ziyarətə yalnız təyyarə ilə gedəcəklər. Suriyada baş verən hadisələrlə əlaqədar avtobuslarla səfər nəzərdə tutulmur.
Sənəd qəbulu yalnız QMİ tərəfindən aparılır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Fevral, 2015 12:34 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |