12 Fevral, 2015
Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başlayır
Azərbaycanda bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu və siyahıya alınmanın vaxtı açıqlanıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Qafqaz MÜsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumatda sənəd qəbuluna fevralın 20-dən start veriləcəyi qeyd olunur.
Məlumatda bildirilir ki, sənəd qəbulu may ayının sonlarına kimi davam edəcək.
Zəvvarlardan sənəd qəbulu üçün passport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə foto və sağlamlıq haqqında arayış tələb olunur.
Həcc ziyarətinin proqramı və qiymətlərin müəyyən edilməsi üçün QMİ-nin əməkdaşları hazırda Səudiyyə Ərəbistanındadır.
Ziyarətlə bağlı Azərbaycan üçün kvota da müəyyənləşəcək. Bildirilib ki, builki qiymətlərin əvvəlki illərə nisbətən baha olacağı gözlənilir.
Bu il də zəvvarlar ziyarətə yalnız təyyarə ilə gedəcəklər. Suriyada baş verən hadisələrlə əlaqədar avtobuslarla səfər nəzərdə tutulmur.
Sənəd qəbulu yalnız QMİ tərəfindən aparılır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2803.html