|
|
Dini ədəbiyyatlara verilən nəzarət markasına görə ödəniləcək vəsait dövlət tərəfindən müəyyənləşəcəkBununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna əlavələr müzakirəyə çıxarılıb. Qanunun 22-ci maddəsinə edilən əlavəyə görə, “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürülür. Həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edir”. Bildirilib ki, dini ədəbiyyatlarla bağlı müvafiq icra hakimiyyəti orqanı olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Fevral, 2015 15:38 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |