10 Fevral, 2015
Dini ədəbiyyatlara verilən nəzarət markasına görə ödəniləcək vəsait dövlət tərəfindən müəyyənləşəcək

Bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna əlavələr müzakirəyə çıxarılıb.

Qanunun 22-ci maddəsinə edilən əlavəyə görə, “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürülür. Həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edir”.

Bildirilib ki, dini ədəbiyyatlarla bağlı müvafiq icra hakimiyyəti orqanı olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2797.html