|
|
Allahşükür Paşazadə: “Qorbaçov, Yazov və Primakov Azərbaycana radikal İslam damğası vurub, respublikanı dağıtmaq istəyirdilər”(fotolent) “Dünyada 20 Yanvar hadisələrinə tam hüquqi qiymət verilməyib”
“1990-cı illərdə Qorbaçov, Yazov və Primakov Azərbaycanı bölüşdürmüşdülər və bunu rəsmiləşdirmək istəyirdilər. Azərbaycana radikal İslam damğası vuraraq buranı dağıtmaq istəyirdilər”.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, bunu Qafqaz müsəlmanları İdarəsinin(QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə "20 Yanvar" şəhidlərinin yaxınları ilə görüşdə deyib.
O qeyd edib ki, xalq buna imkan verməyib, öz sözünü deyib, Azərbaycanın tolerant ölkə olduğunu sübut edib: “20 Yanvar hadisəsi xalqın bu yolda mübarizə əzmini sübut etdi. Allah 20 yanvarı bizə qəhrəmanlıq üçün göndərmişdi”.
Şeyxülislam hadisənin səhəri günü baş verənlərdən də danışıb: “Bizə təzyiqlər başlandı. Hətta qırılanların dəfninə də mane olurdular. Deyirdilər ki, Dağüstü Park olmaz, hərəni öz qəbiristanlığında dəfn edin. Hətta onlara şəhid deyilməsin. Bunlar o vaxt dövlətə rəhbərlik edənlərin səriştəsizliyinin ucbatından baş verirdi. Çünki o vaxtkı rəhbər imperiyanın köləsi idi”.
A. Paşazadə deyib ki, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu məsələdə də haqq ədalət yerini tapıb: “Yuxarıda Allah Taala, yerdə isə Heydər Əliyevin köməkliyi ilə haqq öz yerini tapdı, onlara şəhid statusu da verildi. Amma hələ də dünyada bu hadisəyə tam hüquqi qiymət verilməyib”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Yanvar, 2015 19:15 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |