إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İlahiyyatçı psixoloq -"İnsanın ən yaxşı dərkmə etmə zamanı onun şad olan zamanıdır"

"Allahı zikri etmək, Ona güvənmək ən gözəl və yeganə rahatlıq və mənəvi sakitlik mənbəyidir. Bununla belə yenə də iztirab, təlaş və təşvişin azaldılması üçün dini mətnlərdə "zikr"lər qeyd olunmuşdur."

İQNA-nın bu fikirləri İlahiyyatçı psixoloq İqbalinəsəb Tehranda keçirilən "Müsəlman tələbələrin beynəlxalq Quran müsabiqəsi"nin 5-cu turu çərçivəsində "Şəfa" adlı təlim seminarında "İlahi adlar(Əsmaul-hüsna) ilə psixoloji müalicə üsulları" mövzusundakı məruzəsi zamanı bildirmişdir.

Ailə məsələləri üzrə ilahiyyatçı psixoloq İqbalinəsəb məruzə edərək qeyd etmişdir ki, "Allahı zikri etmək, Ona güvənmək ən gözəl və yeganə rahatlıq və mənəvi sakitlik mənbəyidir.

Bununla belə yenə də iztirab,narahatlıq və təşvişin azaldılması üçün dini mətnlərdə çoxlu "zikr"lər qeyd olunmuşdur. Bunlardan iztirab, təlaş, təşviş, daxili həyəcan, narahatlıq, mənəvi əziyyət, nigarançılıq və s... kimi mənəvi xəstəlikləri azaltmaq, müalicə etmək və qarşısını almaq üçün ən gözəl zikr " حَسْبُنَا اللَّهُ وَ نِعْمَ الْوَکیلُ" (Həsbunəllah və ne'məl vəkil - Bizə Allah kifayət edər və O çox gözəl vəkildir) zikridir. Həmçinin ruhi böhran və depressiyanı azaltmaq üçün ən yaxşı zikr "Yunusiyyə zikri"dir".

Həzrət Yunus peyğəmbər (s) düşdüyü qaranlıq zülmətdən (balığın qarnı) qurtarmaq üçün bu zikri oxumuşdur: " لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَکَ إِنِّی کُنْتُ مِنَ الظَّالِمِین" (La ilahə illa əntə, sübhanəkə inni kuntu minəz-zalimin) – "Səndən başqa Allah yoxdur, Sən bütün eyblərdən paksan, həqiqətən də mən nəfsimə zülm edənlərdən oldum".

O vurğulamışdır ki; Bəzi insanlar bu zikrləri oxuyur, amma sağalmırlar. Bu onunla əlaqədardır ki,biz bu ayələrə və onların təsirinə inanmırıq və ya inamımız az olur. Həmçinin  bu ayə və zikrlərin təsiri insanın Allahın əzəmət və böyüklüyünü dərkindən asılıdır. Zikr edən həm də Allahın tam qüdrət sahibi olduğunu dərk etməli və inanmalıdır.

O, mənəvi sağlamlığın ailədə təsirlərinə toxunaraq qeyd etmişdir ki,"İnsanın ən yaxşı dərkmə etmə zamanı onun şad olan zamanıdır. İnsan şad və ruhi əhvalı yuxarı olarsa, zehn, idark və hafizə qüvvəsi də güclənir."

İqbalnəsəbin sözlərinə görə,mənəvi sağlamlığı əldə etməyin yollarından biri də şeytani vəsvəsələri özündən uzaqlaşdırmaq və Allahı zikr etməkdir. Allahın zikri ruhi sakitlik gətirir, şeytani vəsvəsə və fikirlər isə insanı iztirab və depressiyaya salır.

Necə ki, Quran-Kərimdə də qeyd olunur, "ilham" iki cürdür. Rəbbani və Şeytani. Quran şeytani ilahm (vəsvəsə) haqqında deyir ki, " و نفس وما سواها ،فألهما فجورها وتقواها" nəfs və onun vəsvəsə etdiyi çirkin işlər. Burada nəfsin vəsvəsəsindən məqsəd şeytani fikirlərdir ki, insanın ruhi sağlamlığını əlindən alır. Bununla mübarizə üçün Allahı zikr etmək və göstərilən zikrləri oxumaq və düşünmək və buna inanmaq lazımdır.

Bundan əlavə ruhi sağlamlığı qorumaq üçün etiqadı möhkəmlədən və əxlaqı yüksəldən kitablar oxumaq və moizələr dinləmək zəruridir. Çünki bunun vasitəsilə insan zehnini bürüyən şeytani fikirləri özündən uzaqlaşdıra bilər.

Quran  buyurur - Allahı unudanlara əlbəttə ki, şeytan ən yaxın dost olacaqdır. Deməli, şeytanı uzaqlaşdırmaq və ruhu əzablardan qurtaqmaq üçün ən yaxşı vasitə Allahı zikr etməkdir.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Yanvar, 2015  13:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!