|
|
Bakıda "Ərbəin" mərasimində müxtəlif dinlərin nümayəndələri iştirak ediblər(foto)“Beynəlxalq Əlillər Cəmiyyəti” ictimai birliyi (İB) və “Əlillər dünyası” qəzetinin kollektivi "Ərbəin" günü (imam Hüseynin (ə) qırxı) ilə əlaqədar əlillər və imkansız insanlar üçün ehsan süfrəsi açıb. Ahlibeyt.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə, məclisdə Qarabağ müharibəsi və digər səbəblərdən əlil olmuş insanlar və anadangəlmə əlillər, milli qəhrəmanlar və şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirə İB-nin Oğuz, Lerik, Lənkəran və Bakının kəndlərindən olan üzvləri də qatılıblar. “Şuşa” birlik cəmiyyətinin sədr müavini Umudvar Məmmədli, “Əlillər dünyası” qəzetinin redaksiya heyətinin üzvü Ülkər Atəş, “Dostluq məşəli” qəzetinin baş redaktoru Fərman Borçalı, parataekvando üzrə dünya və Avropa çempionu Aynur Məmmədova və başqaları çıxışlarında bu tədbirin dini əhəmiyyətindən başqa, əlillərin cəmiyyətə inteqrasiyasında da böyük rol oynadığını qeyd ediblər: "Belə ki, biz yeni insanlarla tanış olur, gələcək üçün planlar qururuq, həyata baxışımızda müsbət dəyişikliklər yaranır, özünəqapanmadan azad oluruq. Bu məclis Azərbaycanın dini tolerantlıq siyasətinin əksidir; məclisdə müsəlmanlarla yanaşı, məsihilər, yəhudilər də iştirak edir. Bu fakt islam dininin demokratiya və sülh tərəfdarı olduğunu bir daha sübut edir."
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Dekabr, 2014 11:32 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |