15 Dekabr, 2014
Bakıda "Ərbəin" mərasimində müxtəlif dinlərin nümayəndələri iştirak ediblər(foto)

“Beynəlxalq Əlillər Cəmiyyəti” ictimai birliyi (İB) və “Əlillər dünyası” qəzetinin kollektivi "Ərbəin" günü (imam Hüseynin (ə) qırxı) ilə əlaqədar əlillər və imkansız insanlar üçün ehsan süfrəsi açıb.

Ahlibeyt.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə, məclisdə Qarabağ müharibəsi və digər səbəblərdən əlil olmuş insanlar və anadangəlmə əlillər, milli qəhrəmanlar və şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirə İB-nin Oğuz, Lerik, Lənkəran və Bakının kəndlərindən olan üzvləri də qatılıblar.

“Şuşa” birlik cəmiyyətinin sədr müavini Umudvar Məmmədli, “Əlillər dünyası” qəzetinin redaksiya heyətinin üzvü Ülkər Atəş, “Dostluq məşəli” qəzetinin baş redaktoru Fərman Borçalı, parataekvando üzrə dünya və Avropa çempionu Aynur Məmmədova və başqaları çıxışlarında bu tədbirin dini əhəmiyyətindən başqa, əlillərin cəmiyyətə inteqrasiyasında da böyük rol oynadığını qeyd ediblər: "Belə ki, biz yeni insanlarla tanış olur, gələcək üçün planlar qururuq, həyata baxışımızda müsbət dəyişikliklər yaranır, özünəqapanmadan azad oluruq. Bu məclis Azərbaycanın dini tolerantlıq siyasətinin əksidir; məclisdə müsəlmanlarla yanaşı, məsihilər, yəhudilər də iştirak edir. Bu fakt islam dininin demokratiya və sülh tərəfdarı olduğunu bir daha sübut edir."

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2672.html