إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli - İmam Hüseyn(ə)ın Allaha olan eşqinin cazibəsi insanları Kərbəlaya səsləyir

İmam Hüseynə (ə) olan sonsuz məhəbbət onun qəbrini ziyarət etməklə ifadə olunur - Hacı Şahin (MÜSAHİBƏ)

 

Hicri-qəməri tarixinin ikinci ayı yəni səfərin 20-i İmam Hüseynin (ə) Kərbəlada şəhid edilməsinin 40-cı gününə təsadüf edir ki, bu günü müsəlmaların əksəriyyəti matəm günü kimi qeyd edirlər.

Ahlibeyt.az-ın məlumatına görə bu günün tarixi və həmiyyəti ilə bağlı tanınmş ilayiyyatçı, Məşhədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli -a müsahibə verib.

"Ərbəin" sözünün mənası nədir?

Ərbəin ərəb sözüdür və Azərbaycan dilindən tərcümədə qırxıncı mənasını ifadə edir. Ərbəin İmam Hüseynin qırxı ilə bağlı keçirilən tədbirlərdir. İmam Hüseynin (ə) qırxının keçirilməsi ilə bağlı məsumlardan hədislər nəql olunub. Hədislərdə qeyd olunur ki, iman əhlinin, inanclı insanların əlamətlərindən biri ərbəin, yəni İmam Hüseynin qırxı günü onun qəbrini ziyarət etməkdir.

Ərbəində İmam Hüseyni ziyarət etmək ənənəsini ilk olaraq peyğəmbər səhabəsi Cabir ibn Abdullah yaradıb və ilk dəfə peyğəmbərin nəvəsi İmam Hüseyni (ə) bu səhabə ziyarət edib. O yaşlı vaxtında, İmam Hüseynin qırxı günü Fərat çayında qüsl alaraq İmam Hüseynin (ə) ziyarətinə yollanıb. Bu ənənəni də məsum imamlar təsdiq ediblər. Onları Ərbəin günü Kərbəla ziyarətinə getməyə dəvət ediblər.

Hər il Kərbəlanı ziyarət edənlərin sayı sürətdə artır. Bunu necə izah edərdiniz?

Bu gün də Ərbəin günü milyonlarla insan İmam Hüseyni Kərbəlada ziyarət edir. Dünyada keçirilən ən kütləvi ziyarət hesab olunur. Heç bir din ardıcıllarının istər müsəlmanlar, istər xristianlar bu dərəcədə kütləvi digər bir ziyarətgahı yoxdur. Bu məsumların tövsiyyəsi əsasında həyata keçirilir. Eyni zamanda bütün dünyada Ərbəinlə bağlı matəm tədbirləri keçirilir.


Ərbəin günü ilə matəm mərasimləri başa çatır?

İmam Hüseynin matəmi Ərbəin günündə bitir və qalan 10 gün Səfər ayında Peyğəmbərin və Həsənin şəhadəti günlərinin keçirilməsidir. Bu əzadarlıq ənənəsi məsumlar tərəfindən qoyulub. Bunun bütün dünyada keçirilməsi insanların Əhli-beytə olan sayğı və məhəbbətinin ifadəsidir. Azərbaycanda da hər il olduğu kimi bu il də keçirilir. Minlərlə insan İmam Hüseynin xatirəsini yad etmək üçün məscidlərdə əzadarlıq mərasimlərində iştirak edir. İmam Hüseyn(ə) şəhadət məktəbinin, onun ideallarının bu gün də öz aktuallığını itirməməsi ilə bağlıdır. İmam Hüseyn(ə) bir məktəbin əsasını qoyub. Bu məktəb dinimizdən, Quran məntiqindən qaynaqlanır, Qurana söykənir. Bu haqq yolunda fədakarlıq nümunəsidir. İlahi dəyərlər uğrunda candan keçmək örnəyidir. İnsanların hər zaman bu nümunələr ehtiyacı var.


İmam Hüseynin (ə)Allaha olan eşqinin cazibəsi insanları Kərbəlaya səsləyir, Kərbəlaya toplayır. Bəzən insanlar qeyri-ixtiyari olaraq bu ziyarətə gedirlər. Bu, bu məktəbin dərin fəlsəfi əsaslara söykənməsinin göstəricisidir. Bu eyni zamanda insanların qəlblərinə hakim olmasının bariz nümunəsidir. Yəni, insanlar İmam Hüseynə sonsuz məhəbbətlərini onun qəbrini ziyarət etməklə ifadə edirlər.

-

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Dekabr, 2014  13:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!