|
|
Hacı Şahin Həsənlidən ilahi beytlərAzərbaycan cəmiyyətini dinin ona tanış olmayan baxış bucaqları ilə tanış edən,müasir dövrdə dinin zamana uyğun təbliğat üsulları,mənəvi və əxlaqi nəzəriyyələrin praktik yolla insan həyatındakı birbaşa təsirlərini açıqlayaraq bu mövzuların ictimai müzakirə obyektinə çevirməyi bacaran ilahiyyatçı alim,"Məşədi Dadaş" məscidinin imam cüməsi Hacı Şahin Həsənlinin xütbə,çıxış və verdiyi açıqlamarında həm də milli adət-ənənələrimizin bizim bir xalq olaraq təşəkkul tapmamızdakı rolunu qeyd etməsi hər zaman medianın diqqət mərkəzində olmuşdur. İlahiyyatçı alimin ictimai və düni mövzularla yanaşı həm də şeir,ədəbiyyatla da yaxından tanış olması, mədəni irsin insanların mənəviyyatında təsir qoymasını,radikalizmə qarşı mübarizədə mədəni tədbirlərin bir vasitə kimi istifadə edilə biləcəyini qeyd etməsi artıq Azərbaycan cəmiyyətinə tanışdır. Ahlibeyt.az-ın bu günlər əldə etdiyi məlumata görə Hacı Şahin Həsənlinin ictimai və dini fəaliyyəti ilə yanaşı həm də şeir uslubuna müraciət etməsi məlum olub.Əldə etdiyimiz məlumata görə İlahiyyatçı alim ilahi misralarla zəngin, şərhə ehtiyacı olan dərin mənalı şeirlər də yazırmış. Əldə etdiyimiz həmin misralardan bəzilərini sizə təqdim edirik. Çıxar əğyari mülkündən,ki ərşi laməkan olsun. Cəmalın seyr edib yarın,könül qərqi fəğan olsun * * * O qədri atəşi qəmdə könül yansın,olub bitab Ki, əfqan etməyə zə"fi halından natəvan olsun * * * Rəvadırmı,dili-zarim,pərişan halını görcək. Fəhm qılsın yetən qafil,cahan içrə bəyan olsun. * * * Qəmim izhar qılmam aşinayə,çün dəva qılmaz. Nə hacət,binəva könlüm,bu sirr xəlqə əyan olsun. * * * Əgər tab etməsə qəlbim cəzə etsə qəm ahindən. Görüm viran olub yurdu,onu bixaniman olsun. Qeyd edək ki,Hacı Şahin Həsənli həqiqətən də bu misraların ona məxsus olduğunu bildirmişdir və onların yayılmamasını xahiş etmişdir.lakin artıq bu beytlərin sosial şəbəkələrdə yayılmasını nəzərə alaraq ilahiyayatçının icazəsi ilə onların verilməsi qərarına gəldik Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Noyabr, 2014 21:28 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |