
Azərbaycan cəmiyyətini dinin ona tanış olmayan baxış bucaqları ilə tanış edən,müasir dövrdə dinin zamana uyğun təbliğat üsulları,mənəvi və əxlaqi nəzəriyyələrin praktik yolla insan həyatındakı birbaşa təsirlərini açıqlayaraq bu mövzuların ictimai müzakirə obyektinə çevirməyi bacaran ilahiyyatçı alim,"Məşədi Dadaş" məscidinin imam cüməsi Hacı Şahin Həsənlinin xütbə,çıxış və verdiyi açıqlamarında həm də milli adət-ənənələrimizin bizim bir xalq olaraq təşəkkul tapmamızdakı rolunu qeyd etməsi hər zaman medianın diqqət mərkəzində olmuşdur.
İlahiyyatçı alimin ictimai və düni mövzularla yanaşı həm də şeir,ədəbiyyatla da yaxından tanış olması, mədəni irsin insanların mənəviyyatında təsir qoymasını,radikalizmə qarşı mübarizədə mədəni tədbirlərin bir vasitə kimi istifadə edilə biləcəyini qeyd etməsi artıq Azərbaycan cəmiyyətinə tanışdır.
Ahlibeyt.az-ın bu günlər əldə etdiyi məlumata görə Hacı Şahin Həsənlinin ictimai və dini fəaliyyəti ilə yanaşı həm də şeir uslubuna müraciət etməsi məlum olub.Əldə etdiyimiz məlumata görə İlahiyyatçı alim ilahi misralarla zəngin, şərhə ehtiyacı olan dərin mənalı şeirlər də yazırmış.
Əldə etdiyimiz həmin misralardan bəzilərini sizə təqdim edirik.
Çıxar əğyari mülkündən,ki ərşi laməkan olsun.
Cəmalın seyr edib yarın,könül qərqi fəğan olsun
* * *
O qədri atəşi qəmdə könül yansın,olub bitab
Ki, əfqan etməyə zə"fi halından natəvan olsun
* * *
Rəvadırmı,dili-zarim,pərişan halını görcək.
Fəhm qılsın yetən qafil,cahan içrə bəyan olsun.
* * *
Qəmim izhar qılmam aşinayə,çün dəva qılmaz.
Nə hacət,binəva könlüm,bu sirr xəlqə əyan olsun.
* * *
Əgər tab etməsə qəlbim cəzə etsə qəm ahindən.
Görüm viran olub yurdu,onu bixaniman olsun.
Qeyd edək ki,Hacı Şahin Həsənli həqiqətən də bu misraların ona məxsus olduğunu bildirmişdir və onların yayılmamasını xahiş etmişdir.lakin artıq bu beytlərin sosial şəbəkələrdə yayılmasını nəzərə alaraq ilahiyayatçının icazəsi ilə onların verilməsi qərarına gəldik