|
|
Bağdadda əzadarlıq mərasiminə hücum edilib - 30 ölü, onlarla yaralı varİraq polisi məhərrəm ayı ilə əlaqədar keçirilən mərasimlərin təhlükəsizliyi üçün tədbirləri artırsa da, terror aktları qaçılmaz olub.Ahlibeyt.az-ın verdiyi xəbərə görə bu barədə Salamnews agentliyi "Al Jazeera"ya istinadla məlumat vermişdir. Məlumatda bildirilir ki, Bağdadda ötən gün (Tasua gününün axşamı - red.) şiələrin əzadarlıq mərasimi keçirdikləri Sədr rayonunda törədilən üç partlayışda ən azı 30 nəfər ölüb, onlarla insan yaralanıb. Terror aktlarından biri içərisində mina yerləşdirilmiş avtomaşının kamikadze tərəfindən partladılması ilə həyata keçirilib. Burada əzadarlıq keçirən səkkiz nəfər həlak olub, 22 nəfər yaralanıb. Bağdadın əl-İlam rayonunda və əs-Sədun küçəsində törədilən partlayışlar da məhərrəm ayı ilə əlaqədar keçirilən mərasimləri hədəfə alıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Noyabr, 2014 12:33 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |