3 Noyabr, 2014
Bağdadda əzadarlıq mərasiminə hücum edilib - 30 ölü, onlarla yaralı var

İraq polisi məhərrəm ayı ilə əlaqədar keçirilən mərasimlərin təhlükəsizliyi üçün tədbirləri artırsa da, terror aktları qaçılmaz olub.


Ahlibeyt.az-ın verdiyi xəbərə görə bu barədə Salamnews agentliyi "Al Jazeera"ya istinadla məlumat vermişdir. Məlumatda bildirilir ki, Bağdadda ötən gün (Tasua gününün axşamı - red.) şiələrin əzadarlıq mərasimi keçirdikləri Sədr rayonunda törədilən üç partlayışda ən azı 30 nəfər ölüb, onlarla insan yaralanıb.

Terror aktlarından biri içərisində mina yerləşdirilmiş avtomaşının kamikadze tərəfindən partladılması ilə həyata keçirilib. Burada əzadarlıq keçirən səkkiz nəfər həlak olub, 22 nəfər yaralanıb.

Bağdadın əl-İlam rayonunda və əs-Sədun küçəsində törədilən partlayışlar da məhərrəm ayı ilə əlaqədar keçirilən mərasimləri hədəfə alıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2569.html