|
|
Cahangir Qocayev -“Sovetski”-də məscidlər sökülməyəcəkBunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev Bakıda "Sovetski" adı ilə tanınan ərazidə yerləşən məscidlərin sökülməsinə münasibət bildirərkən deyib. Ahlibeyt.az -ın verdiyi xəbərə görə C.Qocayev Salamnews-a bildirib ki, söküntü aparılanda tarix və mədəniyyət abidələri saxlanılır: “Məscidlər bizim mənəviyyatımızın göstəricisidir. Yəni, insanların dini ayinləri icra etdiyi yerdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu öndərin rəhbərliyi ilə məscidlərimiz bərpa olunub, yeni-yeni məscidlər tikilib. Belə olan halda məscidlərin sökülməsindən söhbət gedə bilməz. Heç kim belə qərarın icrasına dəstək verməz. Azərbaycan tolerant ölkədir. Burda nəinki məscidlər, kilsələr də sökülmür. “Sovetski”-də məscidlərin sökulməsi ilə bağlı yayılmış məlumatlar yalandır".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2014 17:46 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |