
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev Bakıda "Sovetski" adı ilə tanınan ərazidə yerləşən məscidlərin sökülməsinə münasibət bildirərkən deyib.
Ahlibeyt.az -ın verdiyi xəbərə görə C.Qocayev Salamnews-a bildirib ki, söküntü aparılanda tarix və mədəniyyət abidələri saxlanılır: “Məscidlər bizim mənəviyyatımızın göstəricisidir. Yəni, insanların dini ayinləri icra etdiyi yerdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu öndərin rəhbərliyi ilə məscidlərimiz bərpa olunub, yeni-yeni məscidlər tikilib. Belə olan halda məscidlərin sökülməsindən söhbət gedə bilməz. Heç kim belə qərarın icrasına dəstək verməz. Azərbaycan tolerant ölkədir. Burda nəinki məscidlər, kilsələr də sökülmür. “Sovetski”-də məscidlərin sökulməsi ilə bağlı yayılmış məlumatlar yalandır".