|
|
Komitə Sədri - "Milli adət-ənənələrimizin, dinimizin yad ünsürlərdən qorunması istiqamətində fəaliyyət daha da gücləndirilməlidir(foto)Bizim milli-mənəvi dəyərlərimiz arasında İslam dini xüsusi əhəmiyyətə malikdir və bu mütərəqqi dinin düzgün təbliği prioritet məsələlərdəndir". Ahlibeyt.az-ın DQİDK-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) sədri - Mübariz Qurbanlı sentyabrın 4-də paytaxtın Sabunçu rayonunda dini icmaların nümayəndələri ilə keçirilən görüşdə deyib. Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O, bildirib ki, din xadimlərinin cəmiyyətdə çox böyük bir rolu vardır və bu görüş dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir. İcra hakimiyyətinin başçısı qeyd edib ki, ölkəmizdə dinin dövlətdən ayrı olmasına baxmayaraq din hər zaman dövlətə dayağı kimi çıxış edib. Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, milli adət-ənənələrimizin, dinimizin yad ünsürlərdən qorunması istiqamətində fəaliyyət daha da gücləndirilməlidir. O, qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri qanun vasitəsilə nizamlanır. Konstitusiyamızda dini azadlıqla bağlı müddəalar heç də dünyanın ən inkişaf etmiş ölkələrindəkindən geri qalmır. Bizim milli-mənəvi dəyərlərimiz arasında İslam dini xüsusi əhəmiyyətə malikdir və bu mütərəqqi dinin düzgün təbliği prioritet məsələlərdəndir. Mübariz Qurbanlı vurğulayıb ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir. Prezident İlham Əliyevin qayğısı ilə ölkədə yeni məscidlər tikilir, dini abidələrimiz bərpa olunur. Bu isə dövlətin dinə olan münasibətinin bariz nümunəsidir.
DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov Sabunçu rayonundakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı məlumat verib. O, bildirib ki, əhalinin dini baxışlarının sağlam müstəvidə formalaşdırılması, gənclərin radikal fikirli insanların təsiri altına düşməməsi və din xadimlərimizin bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin keçirilməsinə ehtiyac vardır. Bunu nəzərə alaraq müxtəlif rayonlarda dini icmaların nümayəndələri ilə görüşlər keçirilir və fikir mübadiləsi aparılır.
G Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Sentyabr, 2014 19:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |