|
Nüfuzlu ruhanilər cəbhə bölgəsində baş verən hadisələrlə bağlı bəyanat yayıbBir qrup nufuzlu ruhani son günlər cəbhə bölgəsində baş verən hadisələrlə bağlı bəyanat yayıb.
Ahlibeyt az-ın verdiyi xəbərə görə son vaxtlar işğalçı Ermənistan ordusunun davamlı hücumları o cümlədən dinc sakinlərin qətlə yetrilməsi və girov götürülməsi dövlət rəsmiləri və ictimaiyyət tərəfindən kəskin qınanılıb. Bununla əlaqədar ölkə ruhaniləri erməni vəhşiliklərinə qarşı bəyanat verib.
Bəyanatda deyilir:
Son vaxtlar Erməni işğalçılarının təmas xəttində atəşkəsi pozaraq hücumları öz pik hədinə çatdırması narahatlıq və hiddət doğuran haldır. Mövcud vəziyyət hər gün öz torpağında Azərbaycan əsgərlərinin şəhadəti ilə nəticələnən arzuolunmaz faktı gerçəkləşdirmişdir. Ermənistanın qəsbkarlıq siyasəti hər gün Azərbaycan əsgərinin ölümü və ya yaralanması addımını davamlı hala gətirmişdir. Bu isə atəşkəs şəraitində bir daha Ermənistanın mənfur siyasətini hər kəs üçün bir daha sərgiləməkdədir.
Bütün bu hallara qarşı rəşadətlə mübarizə aparan şəhadəti, torpağı uğrunda ölümü baş ucalığı bilən Azırbaycan əsgəri xalqın güvən yeri, millətin şərəf mənbəyidir. Hər bir Azərbaycanlı vətəni uğrunda şəhid olan əsgəri ilə qürur duyur. İnsanlığın ali məqamına yüksələn şəhidlərimiz öz müqəddəs qanları ilə bir daha “Şəhidlər ölməz, vətən bölünməz” şüarını tarixə yazaraq onu əbədiləşdirməkdədirlər.
Biz, Azərbaycan ruhaniləri torpağımızın bölünməzliyi uğrunda gedən mübarizəni birmənalı olaraq dəstəkləyir və Azərbaycan əsgərinin bu pak amal uğrunda mübarizəsində onunla bərabər olduğumuzu bəyan edirik. Şəhid olmuş hər bir əsgərə Allahdan rəhmət, yaxın və ailə üzvülərinə səbr diləyirik. Azərbaycan ruhaniyyəti Milli Mənəvi dəyərlərimizə edilən istənilən hərəkəti pisləməklə yanaşı bu addımlara qarşı mübarizədə xalqımızın yanında olduğunu, torpağın işğaldan azad olması uğrunda son damla qanımına qədər mübarizə aparacağını qürurla bəyan edir.
Xalqımız üçün şəhidlər əbədi yaşayacaq azadlıq carçıları, xalqın milli kimliyini tərənnüm edən inanc mənbəyidirlər.
İlahiyyatçılar:
Mirkazım Əyyubzadə Toğrul Nuriyev Niyaməddin Əhmədov Emil Rahiloğlu Zülfüqar Mikayılzadə Ramil Hüseynov Elçin Qasımov Fazil İmanov Sahib Məmmədov Qürbət Abdulov Azər Qafarov Mirayaz Xeyrullahyev Şahin Həsənov Rauf Hüseynov Əli Nur Ramil Bədəlov Elgün Axundov Ilqar Rəcəbov Ilqar Əliyev Abgül Süleymanov Elman Ağayev Elçin Manafov Nəsimi Əsgərov Vale Nəsirov Mahmud Əsgərov Əfqan Muradov Cəmil Həsənov Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Avqust, 2014 16:51 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |