
Bir qrup nufuzlu ruhani son günlər cəbhə bölgəsində baş verən hadisələrlə bağlı bəyanat yayıb.
Ahlibeyt az-ın verdiyi xəbərə görə son vaxtlar işğalçı Ermənistan ordusunun davamlı hücumları o cümlədən dinc sakinlərin qətlə yetrilməsi və girov götürülməsi dövlət rəsmiləri və ictimaiyyət tərəfindən kəskin qınanılıb. Bununla əlaqədar ölkə ruhaniləri erməni vəhşiliklərinə qarşı bəyanat verib.
Bəyanatda deyilir:
Son vaxtlar Erməni işğalçılarının təmas xəttində atəşkəsi pozaraq hücumları öz pik hədinə çatdırması narahatlıq və hiddət doğuran haldır. Mövcud vəziyyət hər gün öz torpağında Azərbaycan əsgərlərinin şəhadəti ilə nəticələnən arzuolunmaz faktı gerçəkləşdirmişdir. Ermənistanın qəsbkarlıq siyasəti hər gün Azərbaycan əsgərinin ölümü və ya yaralanması addımını davamlı hala gətirmişdir. Bu isə atəşkəs şəraitində bir daha Ermənistanın mənfur siyasətini hər kəs üçün bir daha sərgiləməkdədir.
Bütün bu hallara qarşı rəşadətlə mübarizə aparan şəhadəti, torpağı uğrunda ölümü baş ucalığı bilən Azırbaycan əsgəri xalqın güvən yeri, millətin şərəf mənbəyidir. Hər bir Azərbaycanlı vətəni uğrunda şəhid olan əsgəri ilə qürur duyur. İnsanlığın ali məqamına yüksələn şəhidlərimiz öz müqəddəs qanları ilə bir daha “Şəhidlər ölməz, vətən bölünməz” şüarını tarixə yazaraq onu əbədiləşdirməkdədirlər.
Biz, Azərbaycan ruhaniləri torpağımızın bölünməzliyi uğrunda gedən mübarizəni birmənalı olaraq dəstəkləyir və Azərbaycan əsgərinin bu pak amal uğrunda mübarizəsində onunla bərabər olduğumuzu bəyan edirik. Şəhid olmuş hər bir əsgərə Allahdan rəhmət, yaxın və ailə üzvülərinə səbr diləyirik. Azərbaycan ruhaniyyəti Milli Mənəvi dəyərlərimizə edilən istənilən hərəkəti pisləməklə yanaşı bu addımlara qarşı mübarizədə xalqımızın yanında olduğunu, torpağın işğaldan azad olması uğrunda son damla qanımına qədər mübarizə aparacağını qürurla bəyan edir.
Xalqımız üçün şəhidlər əbədi yaşayacaq azadlıq carçıları, xalqın milli kimliyini tərənnüm edən inanc mənbəyidirlər.
İlahiyyatçılar:
Mirkazım Əyyubzadə
Toğrul Nuriyev
Niyaməddin Əhmədov
Emil Rahiloğlu
Zülfüqar Mikayılzadə
Ramil Hüseynov
Elçin Qasımov
Fazil İmanov
Sahib Məmmədov
Qürbət Abdulov
Azər Qafarov
Mirayaz Xeyrullahyev
Şahin Həsənov
Rauf Hüseynov
Əli Nur
Ramil Bədəlov
Elgün Axundov
Ilqar Rəcəbov
Ilqar Əliyev
Abgül Süleymanov
Elman Ağayev
Elçin Manafov
Nəsimi Əsgərov
Vale Nəsirov
Mahmud Əsgərov
Əfqan Muradov
Cəmil Həsənov