|
“Əl-Qaidə”nin Yəmən qolunun lideri "İslam Dövləti"nin cinayətlərini alqışlayıb“Əl-Qaidə” terror təşkilatının Yəmən qolunun lideri, Ərəbistan yarımadası ölkələri üzrə təşkilatın əsas ideoloqu hesab olunan İbrahim əl-Rubəyş “İslam Dövləti” (İŞİD) terror təşkilatının İraqdakı hərbi nailiyyətlərini alqışlayıb və təşkilatın törətdiyi cinayətləri "qələbə" adlandırıb.
Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, terrorçu lider İŞİD-lə hər cür əməkdaşlığa hazır olduqlarını bəyan edib. “Əl-Qaidə” lideri internetdə yayımlanan videomüraciətində İŞİD terrorçularına “qardaşlarım” deyə müraciət edib: “Bütün cəbhələrdəki mücahidləri və bütün müsəlmanları iraqlı qardaşlarımızın kukla hökumətlər üzərindəki qələbələri münasibətilə təbrik edirəm!” Bildirək ki, çərşənbə axşamı internetə yüklənən 11 dəqiqəlik videomüraciətin dəqiqliyini müəyyənləşdirmək mümkün olmayıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Avqust, 2014 13:31 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |