
“Əl-Qaidə” terror təşkilatının Yəmən qolunun lideri, Ərəbistan yarımadası ölkələri üzrə təşkilatın əsas ideoloqu hesab olunan İbrahim əl-Rubəyş “İslam Dövləti” (İŞİD) terror təşkilatının İraqdakı hərbi nailiyyətlərini alqışlayıb və təşkilatın törətdiyi cinayətləri "qələbə" adlandırıb.
Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, terrorçu lider İŞİD-lə hər cür əməkdaşlığa hazır olduqlarını bəyan edib.
“Əl-Qaidə” lideri internetdə yayımlanan videomüraciətində İŞİD terrorçularına “qardaşlarım” deyə müraciət edib: “Bütün cəbhələrdəki mücahidləri və bütün müsəlmanları iraqlı qardaşlarımızın kukla hökumətlər üzərindəki qələbələri münasibətilə təbrik edirəm!”
Bildirək ki, çərşənbə axşamı internetə yüklənən 11 dəqiqəlik videomüraciətin dəqiqliyini müəyyənləşdirmək mümkün olmayıb.