|
|
Mübariz Qurbanlı şimal bölgəsinin dindarları ilə görüşübAzərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün Xaçmazda dini icmaların nümayəndələri ilə görüş keçirib. Ahlibeyt.az-ın apa-ya istinadən verdiyi xəbərə görə , Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının din xadimlərinin, ziyalıların və rayon ağsaqqallarının qatıldıqları tədbir Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin konfrans zalında təşkil olunub.
M. Qurbanlı çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasından sonra xalqın milli-mənəvi dəyərlərinə qayıdışı prosesinin sürətləndiyini bildirib: “Ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir və hər kəsin dini etiqad azadlığı var”.
Çıxışlarda müxtəlif dini konfessiyaların yaşadığı şimal bölgəsində icmalar arasında tolerant münasibətlərin olduğu vurğulanıb. Görüşdə bölgədəki dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Avqust, 2014 19:53 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |