
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün Xaçmazda dini icmaların nümayəndələri ilə görüş keçirib.
Ahlibeyt.az-ın apa-ya istinadən verdiyi xəbərə görə , Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının din xadimlərinin, ziyalıların və rayon ağsaqqallarının qatıldıqları tədbir Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin konfrans zalında təşkil olunub.
M. Qurbanlı çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasından sonra xalqın milli-mənəvi dəyərlərinə qayıdışı prosesinin sürətləndiyini bildirib: “Ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir və hər kəsin dini etiqad azadlığı var”.
Çıxışlarda müxtəlif dini konfessiyaların yaşadığı şimal bölgəsində icmalar arasında tolerant münasibətlərin olduğu vurğulanıb. Görüşdə bölgədəki dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verilib.