|
|
Müqtəda əs-Sədr təkfirçi qrupların Bağdada hücum etməyə hazırlaşdıqlarını bildiribSeyid Müqtəda əs-Sədr təkfirçi qrupların Bağdada hücum etməyə hazırlaşdıqlarını bildirib. Ahlibeyt.az-ın Salamnews-a istinadən xəbərə görə əl-Ərəbiyyəyə kanalı bildirir ki, İraqda Sədr hərəkatının lideri cümə günü etdiyi çıxışında paytaxt Bağdadla bağlı narahatlığını ifadə edib. İraqın ən nüfuzlu şiə dini liderlərindən olan Müqtəda əs-Sədr bəyan edib ki, İslam Dövləti (İŞİD)-nə mənsub təkfirçi silahlılar paytaxt Bağdad ərazisinə qəfil hücuma hazırlaşırlar: “Bəzi terrorçu qruplar Bağdada daxil olmaq üçün hərbi hazırlıqlarını artıq yekunlaşdırıblar. Biz də öz növbəmizdə şəhərin müdafiəsində duracağıq. Hər hansı müdaxilə ehtimalına qarşı hakumiyyətlə bir yerdə çalışmağa və qüvvələrimizi səfərbər etməyə hazırıq.” Xatırladaq ki, seyid Müqtəda əs-Sədr bu ilin iyun ayında təkfirçi qruplaşmaların İraq ərazisinə silahlı basqınından sonra “Sərayə əs-Səlam” (Sülh briqadası) adlı hərbi ittifaq yaradıb. Həmin ittifaqın sabiq “əl-Məhdi” ordusunun üzvlərindən təşkil edildiyi bildirilir
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Avqust, 2014 12:34 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |