11 Avqust, 2014
Müqtəda əs-Sədr təkfirçi qrupların Bağdada hücum etməyə hazırlaşdıqlarını bildirib

Seyid Müqtəda əs-Sədr təkfirçi qrupların Bağdada hücum etməyə hazırlaşdıqlarını bildirib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən xəbərə görə əl-Ərəbiyyəyə kanalı bildirir ki, İraqda Sədr hərəkatının lideri cümə günü etdiyi çıxışında paytaxt Bağdadla bağlı narahatlığını ifadə edib.

İraqın ən nüfuzlu şiə dini liderlərindən olan Müqtəda əs-Sədr bəyan edib ki, İslam Dövləti (İŞİD)-nə mənsub təkfirçi silahlılar paytaxt Bağdad ərazisinə qəfil hücuma hazırlaşırlar: “Bəzi terrorçu qruplar Bağdada daxil olmaq üçün hərbi hazırlıqlarını artıq yekunlaşdırıblar. Biz də öz növbəmizdə şəhərin müdafiəsində duracağıq. Hər hansı müdaxilə ehtimalına qarşı hakumiyyətlə bir yerdə çalışmağa və qüvvələrimizi səfərbər etməyə hazırıq.”

Xatırladaq ki, seyid Müqtəda əs-Sədr bu ilin iyun ayında təkfirçi qruplaşmaların İraq ərazisinə silahlı basqınından sonra “Sərayə əs-Səlam” (Sülh briqadası) adlı hərbi ittifaq yaradıb. Həmin ittifaqın sabiq “əl-Məhdi” ordusunun üzvlərindən təşkil edildiyi bildirilir

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2350.html