إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gecə Mübarək Ramazan ayının ehtimal olunan üçüncü "Qədr Gecəsi" daxil olur(gecənin fəzilət və əməlləri)

Bu gün şam azanından sonra(gün batdıqdan sonra)mübarək Ramazan ayının 23-cü gecəsi daxil olur.Hədis və rəvayətlərə əsasən bu gecə müqəddəs Qurani Kərimin nazil olduğu gecələrdən biri kimi qeyd olunur.

Quranın “Bəqərə” surəsinin 185-ci ayəsində Allah-Təala belə buyurur: “Ramazan ayı elə bir aydır ki, Quran bu ay nazil olmuşdur.” Bu mübarək ayədə də, bir daha təsdiqlənir ki, Quran mübarək Qədr gecəsində nazil olmuşdur.

***

Başqa bir ayədə buyurulur: “Biz onu mübarək bir gecədə nazil etdik.” (“Duxan” surəsi, ayə 3)

***

Allah Təbarək- Təala öz peyğəmbərinə Qədr Surəsində buyurur:

Həqiqətən, Biz Quranı Qədr gecəsində nazil etdik! (1)Sən haradan biləsən ki, Qədr gecəsi nədir(2)Qədr gecəsi min aydan xeyirlidir.(3)O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər. (4)O gecə sübh açılanadək əmin-amanlıq olur(5)

Qədr gecəsi Allah insanların dualarını qəbul edir və mələklər yerə enib insanları salamlayır. Qədr gecəsi gözəl bir gecədir və Allah o gecədə mərhəmət, sağlamlıq və əmin-amanlıq nazil edir.

***

İslam Peyğəmbərinin dövründə  Qədr gecəsi mələklər yerə enib o Həzrəti ziyarət edirdilər. Həzrət Peyğəmbər (s.ə.v.v.) özü buyurmuşdur:

"Qədr gecəsi mələklər göydən yerə enib məni ziyarət edirlər. Məndən sonra Qədr gecəsi mələklər Əlini (ə) ziyarət edəcəklər. Əlidən (ə) sonra isə onun on bir övladını ziyarət edəcəklər".

***

Həzrət Mühəmməd  (s) buyurur:

“Hər kim Qədr gecəsi oyaq qalsa, günahları bağışlanar; hətta günahları göydəki ulduzların sayı, yerdəki dağların ağırlığı, dənizlərin tutumu qədər olsa da” (Vəsailüş-şiə, 8-ci cild, səh. 21).

***

“Hər kim Qədr gecəsində ehya etsə (oyaq qalsa), növbəti ilə kimi əzab ondan götürülər (yəni günahları bağışlanar)” (Biharül-ənvar, 98-ci cild, səh. 145).

***

“Qədr gecəsində səmanın qapıları açılar. Hər kim bu gecədə namaz qılsa, hər səcdəsinə görə Allah ona cənnətdə elə bir ağac verər ki, o ağacın altında süvari min il at çapsa, kölgəsi qurtarmaz. Hər rükuya görə Allah ona cənnətdə dürr-yaqutdan, ləl-cəvahiratdan tikilmiş ev verər. Hər oxuduğu ayəyə görə Allah ona cənnət taclarından bir tac verər. Hər təsbihinə görə ona cənnət quşlarından bir quş, hər oturuşuna (təşəhhüd halındakı oturuş nəzərdə tutulur) cənnət dərəcələrindən bir dərəcə, hər təşəhhüdünə görə cənnət hücrələrindən bir hücrə, hər salamına görə də cənnət xələtlərindən bir xələt bağışlayar...” (Biharül-ənvar, 98-ci cild, səh. 145).

***

“Hər kim iman və mühasibə şərti ilə (yəni öz əməlləri haqqında özünə hesabat verərək) Qədr gecəsində oyaq qalsa, bütün keçmiş və gələcək günahları bağışlanar” (Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 458).

***

Bir nəfər Peyğəmbərdən soruşdu: “Qədr gecəsində oyaq qalsam, Allahdan nə istəyim?” Peyğəmbər cavab verdi: “Afiyət (sağlamlıq)” (Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 458).

***

“(Qədr gecəsinin sonunda) Günəş doğarkən Cənab Cəbrail (ə) ucadan haray çəkər: “Allah-təala Mühəmməd (s) ümmətinin ehtiyaclarına nə cavab verdi?” (Mələklər) deyərlər: “Allah onlara (müsəlmanlara) nəzər saldı, onların günahını bağışladı və onları əfv etdi; yalnız bu dörd dəstədən başqa: şərabxor, ağvalideyn, qohumlarla rabitəni kəsən və sehirbaz” (Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 459).

***

Həzrət Musa Peyğəmbər (ə) Allaha dua edərək dedi: “İlahi! Sənə yaxın olmaq istəyirəm!” Allahdan nida gəldi: “Mənim yaxınlığım Qədr gecəsi oyaq qalan adama məxsusdur”.

***

Həzrət Musa (ə) buyurdu: “İlahi! Sənin rəhmətini qazanmaq istəyirəm”. Allah cavab verdi: “Mənim rəhmətim Qədr gecəsində miskinlərə mərhəmət edən adama şamil olar”.

***

Musa Peyğəmbər (ə) buyurdu: “İlahi! Sırat körpüsünün üzərindən keçmək üçün Səndən vəsiqə istəyirəm”. Allahdan nida gəldi: “Bu, Qədr gecəsində sədəqə verən adama qismət olar”.

***

Həzrət Musa (ə) buyurdu: “İlahi! Cənnət ağaclarını və meyvələrini istəyirəm!” Allah buyurdu: “Bu, Qədr gecəsində təsbih deyən (yəni Allahı müqəddəsləşdirib, Onu zikr edən) adama şamil olar”.

***

Musa Peyğəmbər (ə) dedi: “İlahi! Cəhənnəm alovundan nicat tapmaq istəyirəm”. Allah buyurdu: “Bu nicat Qədr gecəsi günahlarının bağışlanması üçün istiğfar edənlərə aid olar”.

***

Həzrət Musa Peyğəmbər (s) minacat etdi: “İlahi! Sənin razılığını istəyirəm!” Allahdan nida gəldi: “Mənim razılığımı Qədr gecəsində iki rükət namaz qılan adam qazanar” (Vəsailüş-şiə, 8-ci cild, səh. 20; Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 456).

***

Hədisdə nəql olunur ki, islam peyğəmbəri Allaha munacat edərkən belə dedi: "İlahi,Sən məndən əvvəlki peyğəmbərlərin ümmətinə uzun ömür vermişdin, onlar da Sənə bütün ömrü boyu ibadət edib çoxlu savab qazanıblar. Lakin mənim ümmətimə az ömr vermisən, onlar da Sənə təbii ki, o biri ümmətlərdən az ibadət edib az savab qazanırlar". Peyğəmbər bu kimi ifadələrlə çox munacat etdi. Allah həzrət Peyğəmbərə buyurdu: "Düzdür sənin ümmətinə az ömr vermişəm, lakin sənə və sənin ümmətinə çox dəyərli bir gecə təyin etmişəm. Bu gecənin ibadəti min ayın ibadətindən daha fəzilətli və daha üstündür".Beləliklə, Allah -təala bu ayəni nazil etdi: "Qədr gecəsi min aydan daha xeyirlidir".

Bu ayənin ardınca Allah buyurur: "O gecə mələklər və ruh (Cəbrail) Rəbbin izni ilə yerə enərlər" Qədr- 4

O gecə mələklər yer üzünə enib Allahın  təyin etdiyi imamı, canişini ziyarət edərlər.Hər bir zamanda Allah peyğəmbər göndərmişdir. İslam peyğəmbərindən sonra  həzrətin yolunu davam etdirən imamlar göndərmişdir.

***

Bir nəfər imam Baqir (ə)-dan soruşur: "Ey Allahın höccəti, Qədr gecəsinin Ramazan ayının hansı gecəsi olduğunu bilirsənmi?"

İmam: "Əlbəttə, bilirəm. O gecə bütün mələklər yerə enərək bizi ziyarət edirlər"

***

Hər il Qədr gecəsi mələklər yer üzünə enib Allahın insanlar üçün təyin etdiyi imamı ziyarət edib onu salamlayırlar.

***

Hədislərdə nəql olunmuşdur ki, o gecə şeytan möminlərə yaxın düşə bilmir. O gecə mələklər bir-birini salamlayırlar və imamı ziyarət edəndən sonra möminləri də salamlayırlar.

***

İmam Əli (ə) buyurub ki, Həzrət Mühəmməd Peyğəmbər (s) Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. İyirmi üçüncü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, əhya saxlasınlar; hətta yuxulu olanların üzünə su səpib oyadardı. Həzrət Fatimeyi-Zəhra (ə) ailə üzvlərinin Qədr gecəsində yatmalarına imkan verməzdi, onlara həmin gün az yemək verərdi (ki, yuxuları gəlməsin). Özü də günortadan bu gecəyə hazırlaşar və buyurardı: “Əsil məhrum o şəxsdir ki, bu gecənin bərəkətindən məhrum qalır” (Dəaimül-İslam, 1-ci cild, səh. 282).

***

İmam Mühəmməd Baqirdən (ə) soruşdular ki, “Qədr gecəsi min aydan xeyirlidir” ayəsinin mənası nədir? Buyurdu: “Bu gecədə namaz, zəkat, xeyirli iş qismindən olan saleh əməllər, bu gecənin olmadığı min ayda edilən eyni işlərdən daha yaxşıdır...” (əl-Kafi, 4-cü cild, səh. 158).

***

Əbu Bəsirdən rəvayət olunur Ki,İmam Cəfər Sadiq(ə) belə buyurdu-"Hər kəs Mübarək Ramazan ayının iyirmi üçüncü gecəsi Ənkəbut və Rum Surəsini oxusa,Allaha and olsun ki,Behişt əhlindən olacaqdır.Heç vaxt heç kəsi bu hökmdən istisna etmərik.Bu anda Allahın mənə bir günah yazacağından qorxmuram.Həqiqətən Allah yanında bu iki surə uca məqama malikdir".

Qədr gecəsinin  xüsusi əməl və tövsiyyələri mövcuddur.Onlar;n bir qismini qeyd edirik

Hər üç gecə üçün müştərək olan əməllər aşağıdakılardır:

1. Gün batarkən Qədr gecəsinin qüslunu almaq, şam və xiftən namazlarını həmin qüsuldan sonra qılmaq

2. Əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalmaq)

3. Quran oxumaq

4. Peyğəmbər(s) və onun Əhlibeytinə(ə) salavat göndərmək

5. Qədr gecəsinin namazını qılmaq. Həmin namaz iki rükətlidir, hər rükətdə “Fatihə” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi oxunulur. Namaz bitdikdən sonra dərhal səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu ileyh” (Allahdan günah və xətalarıma görə üzr diləyir və ona tərəf qayıdıram) deyilməlidir.

6. 100 rükət “Qədr gecəsinin namazı” niyyəti ilə başqa namaz qılmaq (50 dəfə iki rikətli namaz). Qəza namazları olanlara tövsiyə olunur ki, bu namazı qılmaq əvəzinə 6 günün qəza namazlarını qılsınlar.

7. Yaxşı olar ki, dualara keçməmişdən öncə sədəqə verilsin, yaxud ən azından fikirdə sədəqə ayrılsın. Habelə, Allahdan çoxlu əfv dilənsin.

8. Yaxşı olar ki, bu gecə hamıya haqqınızı halal edəsiz, Sizə pislik edən hər kəsi bağışlayasız ki, Allah da Sizə rəhmət nəzəri ilə baxsın.

9. Quranı açıq halda qarşısına qoyub, aşağıdakı duanı oxumaq sonra isə Allahdan istəyini diləmək:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَ مَا فِيهِ وَ فِيهِ اسْمُكَ الْأَكْبَرُ وَ أَسْمَاؤُكَ الْحُسْنَى وَ مَا يُخَافُ وَ يُرْجَى أَنْ تَجْعَلَنِي مِنْ عُتَقَائِكَ مِنَ النَّارِ.

[Allahummə inni əs’əlukə bi kitabikəl-munzəli və ma fihi və fihismukəl-əkbəru və əsmaukəl-husna və ma yuxəfu və yurca ən təc’ələni min utəqaikə minənnar]

“İlahi, nazil etdiyin Kitaba, onun içində olanlara, onun içindəki ən uca adına və gözəl adlarına, onun içində qorxudan və ümidverici şeylərə Səni and verirəm ki, məni cəhənnəm atəşindən azad edəsən”.

10. Quranı başa qoyub aşağıdakı duanı oxumaq:

اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيهِ وَ بِحَقِّكَ عَلَيْهِمْ فَلا أَحَدَ أَعْرَفُ بِحَقِّكَ مِنْكَ

[Allahummə bihəqqi hazəl-Quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli mu’minin mədəhtəhu fihi və bi həqqikə əleyhim fəla əhədə ə’rafu bihəqqikə minkə]

“İlahi, bu Qurana və bu Quranı göndərənə xatir, bu Quranda mədh etdiyin bütün möminlərə xatir və Sənin onların üzərindəki haqqına xatir ki, Səndən başqa Sənin haqqını tanıyan yoxdur”.

(10 dəfə) بِكَ يَا اللَّهُ

Bikə ya Allah! – Özünə xatir, ilahi!

(10 dəfə) بِمُحَمَّدٍ

Bi Muhəmmədin! – Muhəmmədə (s) xatir!

(10 dəfə) بِعَلِيٍّ

Bi Əliyyin! – Əliyə xatir

(10 dəfə) بِفَاطِمَةَ

Bi Fatimətə! – Fatiməyə xatir!

(10 dəfə) بِالْحَسَنِ

Bil-Həsəni! – Həsənə xatir!

(10 dəfə) بِالْحُسَيْنِ

Bil-Huseyni! – Hüseynə xatir

(10 dəfə) بِعَلِيِّ بْنِ الْحُسَيْنِ

Bi Əliyyibnil-Huseyni! – Hüseynin oğlu Əliyə (İmam Səccada) xatir

(10 dəfə) بِمُحَمَّدِ بْنِ عَلِيٍّ

Bi Muhəmməd ibni Əliyyin! – Əlinin oğlu Muhəmmədə (İmam Baqirə) xatir

(10 dəfə) بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ

Bi Cəfər ibni Muhəmməd! – Muhəmmədin oğlu Cəfərə (İmam Sadiqə) xatir

(10 dəfə) بِمُوسَى بْنِ جَعْفَرٍ

Bi Musəbni Cəfər! – Cəfərin oğlu Musaya (İmam Kazıma) xatir

(10 dəfə) بِعَلِيِّ بْنِ مُوسَى

Bi Əliyyibni Musa! – Musanın oğlu Əliyə (İmam Rzaya) xatir

(10 dəfə) بِمُحَمَّدِ بْنِ عَلِيٍّ

Bi Muhəmməd ibni Əliyyin! – Əlinin oğlu Muhəmmədə (İmam Cavada) xatir

(10 dəfə) بِعَلِيِّ بْنِ مُحَمَّدٍ

Bi Əliyyibni Muhəmməd! – Muhəmmədin oğlu Əliyə (İmam Hadiyə) xatir

(10 dəfə) بِالْحَسَنِ بْنِ عَلِيٍّ

Bil-Həsən inbni Əliyyin! – Əlinin oğlu Həsənə (İmam Həsən Əskəriyə) xatir

(10 dəfə) بِالْحُجَّةِ

Bil-Huccəti! – Höccətə (İmam Sahibəzzamana) xatir

 

Duanın bu yerində Allahdan öz istəklərinizi diləyin.

11. İmam Hüseyn(ə) ziyarətnaməsini oxumaq:

السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ الصِّدِّيقَةِ الطَّاهِرَةِ فَاطِمَةَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ أَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ تَلَوْتَ الْكِتَابَ حَقَّ تِلاوَتِهِ وَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ وَ صَبَرْتَ عَلَى الْأَذَى فِي جَنْبِهِ مُحْتَسِبا حَتَّى أَتَاكَ الْيَقِينُ أَشْهَدُ أَنَّ الَّذِينَ خَالَفُوكَ وَ حَارَبُوكَ وَ الَّذِينَ خَذَلُوكَ وَ الَّذِينَ قَتَلُوكَ مَلْعُونُونَ عَلَى لِسَانِ النَّبِيِّ الْأُمِّيِّ وَ قَدْ خَابَ مَنِ افْتَرَى لَعَنَ اللَّهُ الظَّالِمِينَ لَكُمْ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ ضَاعَفَ عَلَيْهِمُ الْعَذَابَ الْأَلِيمَ أَتَيْتُكَ يَا مَوْلايَ يَا ابْنَ رَسُولِ اللَّهِ زَائِرا عَارِفا بِحَقِّكَ مُوَالِيا لِأَوْلِيَائِكَ مُعَادِيا لِأَعْدَائِكَ مُسْتَبْصِرا بِالْهُدَى الَّذِي أَنْتَ عَلَيْهِ عَارِفا بِضَلالَةِ مَنْ خَالَفَكَ فَاشْفَعْ لِي عِنْدَ رَبِّكَ.

[Əssəlamu əleykə yəbnə Rəsuləllah, əssəlamu əleykə yəbnə Əmirəl-muminin, əssəlamu əleykə yəbnəs Siddiqəti Tahirəti Fatimə Seyyidəti-nisail-aləmin, əssəlamu əleykə ya məulaya ya Əba Əbdillah və rəhmətullahi və bərəkətuh. Əşhədu ənnəkə qəd əqəmtəs-səlah və əteytəz-zəkah və əmərtə bil-məruf və nəhəytə ənil munkər və təlautəl-Kitabə həqqə tilavətih və cahədtə fillahi həqqə cihadih və səbərtə ələl-əza fi cənbihi muhtəsibən hətta ətakəl-yəqin. Əşhədu ənnəl-ləzinə xaləfukə və harəbukə vəl-ləzinə xəzəlukə vəl-ləzinə qətəlukə məl-ununə əla lisanin-Nəbiyyi-ummi və qəd xabə məniftəra ləənallahuz-zaliminə ləkum minəl əvvəlinə vəl-axirin və za-əfəl əleyhimul əzabəl-əlim. Əteytukə ya Məulayə yəbnə Rəsulillah zairən, arifən bi həqqik, muvaliyən li əuliyaik, muadiyən li ə-daik, mustəbsirən bil-hudəlləzi əntə əleyhi arifən bi zəlaləti mən xaləfəkə fəşfə-li ində Rəbbik]

“Salam olsun sənə, ey Peyğəmbər oğlu. Salam olsun sənə, ey Möminlər sərvərinin (Əlinin) oğlu. Salam olsun sənə, ey qadınlar sərvəri ... Fatimənin oğlu. Allahın salamı, rəhmət və bərəkəti üzərinə olsun, mənim mövlam Əba Əbdillah. Mən şahidəm ki, sən namazı dirçəltdin, zəkatı əda etdin, gözəlliklərə dəvət etdin, pisliklərdən çəkindirdin, Quranı həqiqi tilavəti ilə tilavət etdin, Allah yolunda həqiqi cihadla cihad etdin, Allaha xatir əzab-əziyyətə səbr... etdin ta ki, ölüm sənə üz tutdu. Mən şahidəm ki, sənə müxalif olanlar, səninlə savaşanlar, sənə yardım etməyənlər, səni qətlə yetirənlər... Peyğəmbərin lənət oxuduğu kəslərdir... Allah sizə zülm edənlərin birincisindən axrıncısına qədər hamısına lənət eləsin. Ey mənim ağam, ey Peyğəmbər balası! Sənin haqqını tanıdığım, dostlarınla dost, düşmənlərinlə düşmən olduğum bir halda ziyarətinə gəldim... Mənə Rəbbinin yanında şəfaət ver”.

12. Həzrət Əli Əkbərin (ə) ziyarəti:

السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ وَ ابْنَ مَوْلايَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ لَعَنَ اللَّهُ مَنْ ظَلَمَكَ وَ لَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ وَ ضَاعَفَ عَلَيْهِمُ الْعَذَابَ الْأَلِيمَ

[Əssəlamu əleykə ya məulayə vəbnə məulay və rəhmətullahi və bərəkətuh. Ləənəllahu mən zələməkə və ləənəllahu mən qətələkə və zaəfə əleyhim əl-əzabəl-əlim]

“Allahın salamı, rəhmət və bərəkəti üzərinə olsun, ey ağamın oğlu olan ağam. Allahın lənəti olsun sənə zülm edən və səni qətlə yetirənlərə... Allah onların əzablarını artırsın”.

13. Kərbəla şəhidlərinin ziyarəti:

السَّلامُ عَلَيْكُمْ أَيُّهَا الصِّدِّيقُونَ السَّلامُ عَلَيْكُمْ أَيُّهَا الشُّهَدَاءُ الصَّابِرُونَ أَشْهَدُ أَنَّكُمْ جَاهَدْتُمْ فِي سَبِيلِ اللَّهِ وَ صَبَرْتُمْ عَلَى الْأَذَى فِي جَنْبِ اللَّهِ وَ نَصَحْتُمْ لِلَّهِ وَ لِرَسُولِهِ حَتَّى أَتَاكُمُ الْيَقِينُ أَشْهَدُ أَنَّكُمْ أَحْيَاءٌ عِنْدَ رَبِّكُمْ تُرْزَقُونَ فَجَزَاكُمُ اللَّهُ عَنِ الْإِسْلامِ وَ أَهْلِهِ أَفْضَلَ جَزَاءِ الْمُحْسِنِينَ وَ جَمَعَ بَيْنَنَا وَ بَيْنَكُمْ فِي مَحَلِّ النَّعِيمِ.

[Əssəlamu əleykum eyyuhəs-siddiqun, əssəlamu əleykum eyyuhəş-şuhədaus-sabirun, əşhədu ənnəkum cahədtə fi səbilillah və səbərtum əlal-əza fi cənbillah və nəsəhtum lillah və li Rasulihi hətta ətakumul-yəqin. Əşhədu ənnəkum əhyəun ində Rabbikum turzəqun, fəcəzakumullahu ənil İslam və əhlihi əfzələ cəzail-muhsinin, və cəmə-ə bəynəna və bəynəkum fi məhəllin-nəim]

“Salam olsun Sizə, ey ən düz danışanlar! Salam olsun Sizə, ey səbirli şəhidlər! Şahidəm ki, Siz Allah yolunda cihad etdiz, Allah yolunda əziyyətlərə səbr etdiz və ölüm Sizə üz tutmayınca Allaha və Peyğəmbərinə yaxşılıq etdiz. Şahidəm ki, Siz dirisiniz və Rəbbiniz yanında ruzidən faydalanırsız. Allah Sizə İslam və onun əhli üzündən xeyirxahların ən üstün mükafatını versin. Allah bizi və Sizi naz-nemət məkanında bir araya gətirsin

14. Həzrət Əbəlfəzlin (ə) ziyarəti:

السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْعَبْدُ الصَّالِحُ الْمُطِيعُ لِلَّهِ وَ لِرَسُولِهِ أَشْهَدُ أَنَّكَ قَدْ نَصَحْتَ وَ صَبَرْتَ حَتَّى أَتَاكَ الْيَقِينُ لَعَنَ اللَّهُ الظَّالِمِينَ لَكُمْ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ أَلْحَقَهُمْ بِدَرْكِ الْجَحِيمِ .

[Əssəlamu əleykə yəbnə Əmirəl-mu-minin, əssəlamu əleykə eyyuhəl-əbdus-salih əl muti-u lillah və lirəsulih. Əşhədu ənnəkə qəd nəsəhtə və səbərtə hətta ətakəl yəqin. Ləənallahu zaliminə ləkum minəl əvvəlinə vəl axirin vəl-həqəhum bi dərkil-cəhim]

“Salam olsun sənə, ey Möminlər sərvərinin oğlu. Salam olsun sənə, ey Allaha və Peyğəmbərinə itaət edən saleh bəndə! Şahidəm ki, sən ölənə qədər xeyir iş gördün və səbr etdin. Allah Sizə zülm edənlərin birincisindən axrıncısına qədər lənət eləsin və onları cəhənnəmə bağlasın”.

15. Cövşən-Kəbir duasını oxumaq.


 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyul, 2014  16:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!