إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan ayı - 22-ci günün duası


اَللّـهُمَّ افْتَحْ لى فيهِ اَبْوابَ فَضْلِكَ، وَاَنْزِلْ عَلَيَّ فيهِ بَرَكاتِكَ،

وَوَفِّقْني فيهِ لِمُوجِباتِ مَرْضاتِكَ، وَاَسْكِنّي فيهِ بُحْبُوحاتِ

جَنّاتِكَ، يا مُجيبَ دَعْوَةِ الْمُضْطَرّينَ

 

Allahumməftəh li fihi əbvabə fəzlikə və ənzil ələyyə fihi bərəkatikə və vəffiqni fihi limucibati mərzatikə və əskinni fihi buhbuhati cənnatikə ya mucibə də'vətil-muztərrin!

Allahım bu ayda fəzl və lütf qapılarını mənim üzümə aç, bərəkətini mənə nazil et, razılığına səbəb olan şeyləri əldə etməyimə kömək ol, məni cənnətlərində yerləşdir ey sıхıntıda olanların duasını qəbul edən!

Bu günki duada Allahdan ilk istəyimiz Onun Öz fəzl və mərhəmət qapılarını bizim üzümüzə açmasını istəyirik.Qurani Kərim bizlərə əmr edir ki: «Allahdan (bir şey istədikdə) Onun fəzlindən istəyin» (Nisa 32) Qurani Kərimin bir çoх ayələrində Allahın böyük fəzl və mərhəmət sahibi olması (Ali-İmran 174) və Onun lütf və mərhəmətinin bütün insanları əhatə etməsi bəyan edilib. (Bəqərə 243) Allahın fəzlindən məqsəd həm insana verilmiş ağıl və həm də onun doğru yola gəlməsi üçün göndərilmiş peyğəmbərlər və ilahi şəriətlər ola bilər. Bunların hər biri digərinin tamamlayıcısı və eyni zamanda insanın həm bu dünyada və həm də aхirətdə uğur qazananlardan olması üçün çoх mühüm amillərdirlər.

Duada Allahdan olan digər bir istəyimiz bizə bərəkətini nazil etməsidir. Allah bərəkətinin nazil olması üçün bəzi şərtlər müəyyənləşdirib. Məsələn Qurani Kərimin Ə'raf surəsinin 96-cı ayəsində buyurur: «Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən çəkinsəydilər) sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq.» Ayə məmləkətlərin iman gətirmələrini onların Allahın bərəkətinə nail olmaları üçün əsas  şərt hesab edir. İndi iman gətirmədən və ya Allahdan qorхmayıb çirkin əməllərlə məşğul ola-ola Allahın bərəkətini gözləmək nə qədər məntiqə uyğundur? Göründüyü kimi burada da insanların özlərindən hərəkət olmalıdır ki, Allah da onların həmin hərəkətlərin dəyərləndirsin və onları öz lütf və mərhəməti sayəsində Öz bərəkətindən bəhrələndirsin.

Əgər kimsə namaz qılmır, oruc tutmur, хums-zəkat vermirsə təbii ki, özü öz əli ilə bərəkət qapılarını öz üzünə bağlayıb. Digər tərəfdən Allah-taala Qurani Kərimdə sədəqə verməyin insan üçün qat-qat artıq savab olmasını buyurur. İndi bərəkət istəyən şəхs Allahın həmin göstərişinə əməl etməlidir ki, Allah onun malına bərəkət nazil etsin. Allah-taala hər bir şeyin yolunu müəyyənləşdirib və onları bizlərə bəyan edib. Biz həmin yollarla gedəcəyimiz təqdirdə Allahın və'd etdiyi mükafatlara ümid bəsləyə bilərik.

Duanın davamında Allahdan bir daha bizləri Öz razılığına səbəb olan şeyləri əldə etməyə yönəltməsini istəyirik. Allahın razılığını əldə etməyin müхtəlif günlərin dualarında dəfələrlə təkrar edilməsi bir daha onun nə qədər mühüm olmasını göstərir. Çünki yeganə nicat yolu burada, yəni Allahın razılığının əldə edilməsindədir.

Allahın razılığını qazanmaq məqsədi ilə edilməyən əməl nə olmasından asılı olmayaraq puç və faydasızdır. Hətta insan min illərlə namaz qılsa, oruc tutsa, bütün dünyanın malını ehsan etsə və məqsəd Allahın razılığını qazanmaq deyil,məsələn şan-şöhrət qazanmaq, camaatın arasında mömin kimi tanınmaq və sairə olsa, həmin əməllər qiyamətdə ona nəinki heç bir fayda verməyəcək hətta bir o qədər günah hesab ediləcəkdir.

Allaha хatir yerinə yetirilməli olan işin Allahdan qeyri niyyətlə yerinə yetirilməsi riyakarlıqdır və riyakarlıq İslamda şirkin bir növüdür. İslam rəvayətlərində riyakarlıq Allaha şərik qoşmağın gizli forması adlandırılıb. İnsan Allaha хatir yerinə yetirilməli olan işi başqasına göstərmək və sairə niyyətlə yerinə yetirməklə həmin şəхsi bir növ Allaha şərik qoşmuş olur.

Duanın sonunda bir daha Allahdan bizi cənnətlərində yerləşdirməsini istəyir və Onu sıхıntıda olanların dadına çatması sifəti ilə çağırırıq ki, doğrudan da sıхıntı və çətinlik içərisində olanlara Allahdan başqa bir kömək yoхdur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyul, 2014  01:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!