|
|
Suriyada döyüşlərə qatılan vəhhabi təriqətinin üzvü olduğu iddia edilən şəxslər saxlanılıbAhlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəhhabi təriqətinin üzvü olduğu iddia edilən rayon sakinləri Ruslan Abdullayev və Səbuhi Cəfərov saxlanılıblar.
Zərdab Rayon Polis Şöbəsindən Apa-ya S. Cəfərovun saxlanılması xəbərini təsdiqləyiblər. Bildirilib ki, S. Cəfərov qanunsuz silah saxlamaqda təqsirli bilinir. Onun yaşadığı evdən əl qumbarası götürülüb.
Polisdən həmçinin bildirilib ki, S. Cəfərov uzun müddət Suriyada gedən döyüşlərdə iştirak edib və bu ilin fevralında geri qayıdıb.
Zərdab polisindən R. Abdullayevin saxlanılması barədə isə məlumat verməyiblər.
Verilən xəbərə görə, R. Abdullayevin qardaşı Ramiz Abdullayev də Suriyada gedən döyüşlərə qatılıb. O, İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının fəal üzvlərindən sayılır.
Məlumata görə, R. Abdullayevin saxlanılması da qardaşı ilə bağlıdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyun, 2014 13:33 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |