28 İyun, 2014
Suriyada döyüşlərə qatılan vəhhabi təriqətinin üzvü olduğu iddia edilən şəxslər saxlanılıb
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə  Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəhhabi təriqətinin üzvü olduğu iddia edilən rayon sakinləri Ruslan Abdullayev və Səbuhi Cəfərov saxlanılıblar.

 

Zərdab Rayon Polis Şöbəsindən Apa-ya S. Cəfərovun saxlanılması xəbərini təsdiqləyiblər. Bildirilib ki, S. Cəfərov qanunsuz silah saxlamaqda təqsirli bilinir. Onun yaşadığı evdən əl qumbarası götürülüb.

 

Polisdən həmçinin bildirilib ki, S. Cəfərov uzun müddət Suriyada gedən döyüşlərdə iştirak edib və bu ilin fevralında geri qayıdıb.

 

Zərdab polisindən R. Abdullayevin saxlanılması barədə isə məlumat verməyiblər.

 

Verilən xəbərə görə, R. Abdullayevin qardaşı Ramiz Abdullayev də Suriyada gedən döyüşlərə qatılıb. O, İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının fəal üzvlərindən sayılır.

 

Məlumata görə, R. Abdullayevin saxlanılması da qardaşı ilə bağlıdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2195.html