|
Iraqda İŞİD-ə aid yüzlərlə terroçu və hərbi texnika məhv edildiİraq ordusu mətbuat xidmətinin katibi general Qasim Ata İŞİD (İraq və Şam İslam Dövləti)təkfirçi terror təşkilatına aid azı 189 terrorçunun məhv edildiyi barədə açıqlama verərək eyni zamanda qruplaşmaya aid 40-a qədər hərbi texnikanın sıradan çıxarıldığını bildirmişdir. Ahlibeyt.az-ın İraq mətbuatına istinadən verdiyi xəbərə görə Mətbuat katibinin verdiyi məlumata görə paytaxt Bağdadın şimalında yerləşən Səlahəddin bölgəsində apardığı əməliyyatlar zamanı 48 terrorçunun məhv edilməsi və Sammirra ətrafındakı terrorristlərə məxsus hərbi bazaların təmizlənməsinə toxundu.Onun sözlərinə görə Samirranı Bağdada bağlayan yollar terrorçulardan təmizlənmişdir,lakin bəzi peyk kanalları bu barədə yalan məlumatlar verirlər və bu kanallar Səədəm Hüseynə aid keçmiş BƏƏS partiyası tərəfindən xaricdən idarə olunurlar. General Ata bildirmişdir ki,İraq HHQ tərəfindən həyata keçirilən aviazərbələr nəticəsində terrorçu Naqşibəndi adlı qruplaşmasının iki lideri məhv edilmişdir. Digər məlumatlarda bildirilir ki, İraq ordusu Səlahəddin əyalətinin əs-Siniyyə bölgəsində keçirdiyi qəfil və çevik əməliyyatlarda “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına məxsus 150 texnika, beş top və təşkilatın xeyli üzvünü məhv edib. Əməliyyatlarda hökumət ordusnun hərbi təyyarələrindən geniş istifadə olunub. Ordu qüvvələrinin intensiv aviazərbələri nəticəsində İŞİD xeyli itki verib. Həmçinin Mosulun şərqində kürdlərin “Peşmərkə” qüvvələri ilə İŞİD terrorçuları arasında amansız döyüşlər baş verib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 İyun, 2014 12:55 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |