
İraq ordusu mətbuat xidmətinin katibi general Qasim Ata İŞİD (İraq və Şam İslam Dövləti)təkfirçi terror təşkilatına aid azı 189 terrorçunun məhv edildiyi barədə açıqlama verərək eyni zamanda qruplaşmaya aid 40-a qədər hərbi texnikanın sıradan çıxarıldığını bildirmişdir.
Ahlibeyt.az-ın İraq mətbuatına istinadən verdiyi xəbərə görə Mətbuat katibinin verdiyi məlumata görə paytaxt Bağdadın şimalında yerləşən Səlahəddin bölgəsində apardığı əməliyyatlar zamanı 48 terrorçunun məhv edilməsi və Sammirra ətrafındakı terrorristlərə məxsus hərbi bazaların təmizlənməsinə toxundu.Onun sözlərinə görə Samirranı Bağdada bağlayan yollar terrorçulardan təmizlənmişdir,lakin bəzi peyk kanalları bu barədə yalan məlumatlar verirlər və bu kanallar Səədəm Hüseynə aid keçmiş BƏƏS partiyası tərəfindən xaricdən idarə olunurlar.
General Ata bildirmişdir ki,İraq HHQ tərəfindən həyata keçirilən aviazərbələr nəticəsində terrorçu Naqşibəndi adlı qruplaşmasının iki lideri məhv edilmişdir.
Digər məlumatlarda bildirilir ki, İraq ordusu Səlahəddin əyalətinin əs-Siniyyə bölgəsində keçirdiyi qəfil və çevik əməliyyatlarda “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına məxsus 150 texnika, beş top və təşkilatın xeyli üzvünü məhv edib.
Əməliyyatlarda hökumət ordusnun hərbi təyyarələrindən geniş istifadə olunub. Ordu qüvvələrinin intensiv aviazərbələri nəticəsində İŞİD xeyli itki verib.
Həmçinin Mosulun şərqində kürdlərin “Peşmərkə” qüvvələri ilə İŞİD terrorçuları arasında amansız döyüşlər baş verib.