|
|
“Halal” sertifikatı verilən müəssisələrdə monitorinqlərə başlanılıbAzərbaycanda istehsal olunan bir sıra məhsullara “Halal” sertifikatı verildikdən sonra mütəmadi olaraq monitorinqlər və yoxlamalar həyata keçirilməyə başlanılıb.
Ahlibeyt.az-ın Apa Economics-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
Onun sözlərinə görə, istehsal olunan məhsulların tərkibinə hansı komponentlərin və ya hansı ətlərin vurulduğunu müəyyənləşdirmək üçün yeni avadanlıqlar alınıb: “Artıq bu avadanlıqlar vasitəsilə dörd komponenti – at, quş, donuz və mal ətini müəyyənləşdirə bilirik. Hətta istehsalçı müəssisələr bilmədən onların məhsullarını alırıq və öz laboratoriyalarımızda analizlər həyata keçiririk”.
R. Həsənov deyib ki, akkreditasiyadan keçən müəssisələrin “Halal” sertifikatına uyğun olmayan məhsullar istehsal etmələri ilə bağlı hələlik heç bir nöqsanların aşkar olunmadığını və bu barədə məlumata malik deyillər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyun, 2014 12:34 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |