9 İyun, 2014
“Halal” sertifikatı verilən müəssisələrdə monitorinqlərə başlanılıb

Azərbaycanda istehsal olunan bir sıra məhsullara “Halal” sertifikatı verildikdən sonra mütəmadi olaraq monitorinqlər və yoxlamalar həyata keçirilməyə başlanılıb.

 

Ahlibeyt.az-ın Apa Economics-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

 

Onun sözlərinə görə, istehsal olunan məhsulların tərkibinə hansı komponentlərin və ya hansı ətlərin vurulduğunu müəyyənləşdirmək üçün yeni avadanlıqlar alınıb: “Artıq bu avadanlıqlar vasitəsilə dörd komponenti – at, quş, donuz və mal ətini müəyyənləşdirə bilirik. Hətta istehsalçı müəssisələr bilmədən onların məhsullarını alırıq və öz laboratoriyalarımızda analizlər həyata keçiririk”.

 

R. Həsənov deyib ki, akkreditasiyadan keçən müəssisələrin “Halal” sertifikatına uyğun olmayan məhsullar istehsal etmələri ilə bağlı hələlik heç bir nöqsanların aşkar olunmadığını və bu barədə məlumata malik deyillər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2118.html