|
|
Azərbaycanlıların Suriyada döyüşlərdə iştirak etmələrinin qarşısını almaq üçün müvafiq tədbirlər görülürAzərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla müxtəlif dini cərəyanlara qoşularaq Suriyada döyüşməyə gedən ölkə vətəndaşları ilə bağlı məsələyə münasibət bildirib. APA-nın xəbərinə görə, Kamal Abdulla jurnalistlərə açıqlamasında deyib ki, bu kimi halların qarşısı alınacaq və lazımi tədbirlər görüləcək.
Dövlət müşaviri bəyan edib ki, qanundan kənar heç bir hərəkət cəzasız qalmayacaq. Onların Azərbaycana qayıtdıqdan sonra ölkə üçün hər hansı təhlükə yarada biləcəyinə gəlincə, K. Abdulla qeyd edib ki, dövlət qeyri-müəyyənliyi, “qayıdarsa”, “olarsa” şəklində fikirləri sevmir. Amma dövlətçiliyə qarşı hər hansı bir hərəkət edəcək insan müvafiq cəzasını alacaq.
K. Abdulla ölkədəki dini vəziyyəti stabil və tolerantlıq rejimində olan bir situasiya kimi dəyərləndirib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 May, 2014 11:50 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |