9 May, 2014
Azərbaycanlıların Suriyada döyüşlərdə iştirak etmələrinin qarşısını almaq üçün müvafiq tədbirlər görülür

Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla müxtəlif dini cərəyanlara qoşularaq Suriyada döyüşməyə gedən ölkə vətəndaşları ilə bağlı məsələyə münasibət bildirib. APA-nın xəbərinə görə, Kamal Abdulla jurnalistlərə açıqlamasında deyib ki, bu kimi halların qarşısı alınacaq və lazımi tədbirlər görüləcək.

Dövlət müşaviri bəyan edib ki, qanundan kənar heç bir hərəkət cəzasız qalmayacaq. Onların Azərbaycana qayıtdıqdan sonra ölkə üçün hər hansı təhlükə yarada biləcəyinə gəlincə, K. Abdulla qeyd edib ki, dövlət qeyri-müəyyənliyi, “qayıdarsa”, “olarsa” şəklində fikirləri sevmir. Amma dövlətçiliyə qarşı hər hansı bir hərəkət edəcək insan müvafiq cəzasını alacaq.

K. Abdulla ölkədəki dini vəziyyəti stabil və tolerantlıq rejimində olan bir situasiya  kimi dəyərləndirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1983.html